İcra hakimiyyətinin mənzil fırıldağı məhkəmədə araşdırılır

14-05-2018, 23:31   


Gözdən əlillər üçün nəzərdə tutulan mənzillər hansı yolla satışa çıxarılıb?

Son zamanlar mənzil-tikinti biznesi ilə bağlı xeyli məhkəmə çəkişmələri baş verib. Belə hallar adətən mənzil tikinti şirkətlərinin dələduzluğu əməlləri sayəsində vətəndaşların külli miqdarda pulunun mənimsənilməsiylə nəticələnib. Bakı Ağır Cinayətlər məhkəməsində bu tip proseslərdən biri xeyli zamandır davam edir. Burada zərərçəkənlər həmişəki kimi sadə vətəndaşlar olsa da, lakin dələduzluqda ittiham olunanlar fərqlidir. Vətəndaşların pullarını mənimsəyənlər arasında “Gözdən Əlillər Cəmiyyəti” və Nərimanov Rayon İcra Hakimiyyətinin mənsəb sahiblərinin adı hallanır.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçən məhkəmə prosesi mayın 14-də davam etdirilib.
Zərərçəkənlərdən Anar Əliyev Nərimanov rayonu Faiq Yusifov 40 ünvanında tikilən binadan ev almaq üçün Natiq adlı şəxsə 30 min manat pul verdiyini deyib. Lakin iş alınmadığına görə həmin pulu verdiyi adamdan geri aldığını bildirib.
Daha bir zərərçəkən- İbayev Sərhəd adı çəkilən binadan mənzil almaq üçün 40 min manat pul vəsaitini isə Məzahir Nəsibova verdiyini bildirib.

“Bunu məndən yox, Məzahiri xaricə qaçıranlardan soruşun”

İfadə verən zərərçəkənlər arasında pulları mənimsəməkdə ən çox adı hallanan Məzahir Nəsibovun (Məzahir Nəsibov artıq ölkəni tərk edib. Onun Avropa ölkələrinin birində sığınacaq aldığı bildirilir) bacısı Səhərgül Bayramova da olub. O, ifadəsində göstərib ki, 40 min manat pulu qardaşına verib. Qardaşı isə həmin pulu təqsirləndirilən şəxslərdən sayılan Hikmət Şükürova onun şahidliyi ilə çatdırıb. Buna görə qardaşını qınadığını da məhkəmədə etiraf edib. Suallara cavab verərkən qardaşının həmin pulun hamısını Hikmətə verməsini tam tədiqləməyib. Qeyd edib ki, ola bilsin həmin puldan Məzahir özünə də götürüb. Səhərgül Bayramovanın dindirilməsi zamanı hakim və dövlət itihamçısı tərəfindən verilən “Bütün zərərçəkənlər pulu Məzahirə verdiyini deyir, siz isə Hikmətə verildiyini bildirirsiniz?” sualına “mən də pulu Məzahirə vermişəm o isə mənim yanımda buna (əli ilə Hikmət Şükürovu göstərir) verdi”,-deyə cavab verib. Məzahirin harda olması ilə bağlı suala bacısının verdiyi cavab isə zaldakıların alqışı ilə qarşılnıb: “Bunu məndən yox, Məzahiri xaricə qaçıranlardan soruşun. Onlar özləri bunu çox yaxşı bilirlər”.

64 yerlik yataqxanaya 350 adam qeydiyyata alınıb

Nərimanov Rayon İcra Haimiyyətinin Hüquq Şöbəsinin müdiri Firdövsi Cəlalovun ifadəsi zamanı isə şokedici faktlar açıqlanıb. Məlum olub ki, maklerlər vasitəsi ilə gözdən əlillər üçün nəzərdə tutulan binadan mənzillərin satılması zəncirvari şəkildə baş verib. Ev almaq istəyənlər əvvəlcə Fətəli Xan Xoyski küçəsi, ev 123 ünvanındakı yataqxanaya qeydiyyata alınırmışlar. Daha sonra onların ərizələri Nərimaov rayon İcra hakimiyyətinə daxil olur, İcra başçının dərkənarından sonra sərəncamlar hazılanırmış. Bakı şəhər icra akimiyyətinə isə ərizəçilər aztəminatlı ailələr kimi qeyd olunduğu üçün onlar güzəştli mənzil növbəsinə götürürüb. 16 otaqlı yataqxanada 64 çarpayılıq yer olsa da, həmin yataqxanaya qeydiyyat üçün 350 forma2 verilib. Əksəriyyəti isə gözdən əlil, Qarabağ döyüşlərində iştirakçı, Əfqanıstan müharibəsi əlili, döyüşçü qadın kimi təqdim ounub. Zərərçəkənlər isə bu prosesdən xəbərsiz olduqların bildiriblər. Onlara həmin mənzillərin ümumi qaydada satılması barədə bildirilməsini qeyd ediblər. Bununla bağlı verilən suallara isə İcra Hakimiyyətinin şöbə müdiri cavab verməkdə çətinlik çəkib.
Prosesə sədrlik edən hakim növbəti iclasa icra hakimyyətindən müəyyən sənədlərin məhkəməyə təqdim edilməsini istəyib. Proses mayın 21-də davam etdiriləcək.
Xatırladaq ki, hazırkı cinayət işi üzrə 150-dən artıq zərərçəkən tanınıb. Onlara ümumilikdə 13 milyondan artıq ziyan vurulduğu bildirilir. Nərimanov rayon ərazisində Faiq Yusfov küçəsi, ev 40 ünvanında gözdən əlillər üçün nəzərdə tutulan 12 mərtəbəli binanının mənzillərinin aidiyyatı olmayan adamlara satlmasını təşkil edən mütəşəkkil şəbəkə barədə məhkəmə işində təqsirləndirilən şəxslər Səmyar Abdullayev (Gözdən Əlillər Cəmiyytinin sədri), Hikmət Şükürov (Gözdən Əlillər Cəmiyyətinin sabiq sədr müavini), Yaməddin Şıxəliyev (Nərimnov Rayon İcra hakimiyyətinin sabiq işçisi) barəsində həbs qətimkan tədbiri yox, polisin nəzarətinə verilmə imkan tədbiri seçilib. Digər təqirləndirilən şəxs- Məzahir Nəsibov barəsində isə axtarış elan olunub. Zərərçəkənlərin əksəriyyəti bu işin arxasında daha yüksək məmurların durduğunu iddia edir.

azadliq.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar