Oliqarxların süni balıq gölləri ləğv edilir - milyonluq ziyan

22-06-2018, 09:01   


Vaxtilə əkin üçün münbit olan ərazilər süni balıq göllərindən tam təmizlənəcək 

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini aparıb, 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə virtualaz.org-a komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, komitə ümumilikdə 529 balıq gölü müəyyən edib və onlar barəsində məlumat bankı yaradılıb.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir.

Æmlak MÉsÉlÉlÉri DövlÉt KomitÉsi ile ilgili görsel sonucu

Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

süni balıq göllÉri ile ilgili görsel sonucu

“Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir”, - deyə məlumatda bildirilir.

Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.

Dövlət Komitəsi bildirir ki, balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlər daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlar üçün müvafiq rəy verilir.

“Yeni Müsavat” xatırladır ki, süni göllərlə bağlı  məsələ  kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Gözlənilir ki, ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcək. Salyan və Neftçala rayon icra hakimiyyətlərinin başçıları bununla bağlı xüsusi tapşırıq verildiyi də deyilirdi. Vaxtilə Salyanın Kürsəngi, Xıdırlı, Varlı, Uluxanlı, Qarabağlı, Xalac, Kərimbəyli, Qaraçala və digər inzibati ərazilərində SSRİ dövründə “ağ qızılı” ilə tanınan və 1990-cı illərə qədər becərilən əkin sahələri zəbt edilib.  Bu ərazilərdə ayrı-ayrı məmurlara məxsus süni balıq gölləri yaradılıb, otlaq sahələri və istixanalar salınıb. Aydındır ki, bu proses balıq biznesinə külli miqdarda para yatırmış oliqarxlar həm də xeyli ziyana salacaq. Amma onlar illərdir ki, bu sahədə milyonlar qazandığını da unutmayaq.

“YM”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar