“Azərbaycanda məmur uşaqlarından başqa adam yoxdur?” – Nazir oğluna sərt təpki

2-07-2018, 10:36   
 “Formula-1″ kimi tədbirlərin heç bir məsələdə ölkəyə faydası yoxdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Formula-1″ yarışları üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə bağlı razılaşmanın 2025-ci ilə qədər uzadılması niyyətinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
2016-cı ildən etibarən, paytaxt sakinlərinin rahatlığını pozan “Formula-1″ yarışlarının daha 7 il davam etdirilməsi ehtimalı yaranıb. Bu barədə “müjdə”ni isə “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov (gənclər və idman naziri Azad Rəhimovun oğludur) verib.
O, sözügedən yarışların azı 2025-ci ilə qədər Bakıda keçirilməsi istiqamətində “Formula-1″ rəhbərliyi ilə danışıqlar aparıldığını bildirib:
“Artıq müəyyən irəliləmə var. Çalışırıq ki, müqavilə bizim ölkəmiz üçün ən yaxşı formatda olsun. Və həm biz, həm də “Formula-1″in rəhbərliyi istəyirik ki, yarışlar azı 2025-ci ilə qədər Bakıda keçirilməkdə davam etsin”.
Bu barədə Yenicag.az-a danışan MMP sədri Hafiz Hacıyev isə “Formula-1″ tipli yarışların “ərköyün məmur uşaqları”nın “kef və prestiji” üçün keçirildiyini deyib:
“Mən həmişə arzulayıram ki, Azərbaycanda təşkil olunan bütün işlər dövlətin xeyrinə olsun. İndi bunlar öz xeyirləri naminə nəsə eləmək istəyirlərsə, o başqa məsələdir.
Özü də bunların hamısı məmur övladlarıdır… O da Azad Rəhimovun oğludur… Nolub, bu Azərbaycanda onlardan başqa adam yoxdur? Biz artıq öyrənmişik, e… Bu məmur balaları o qədər oyunlardan çıxırlar ki…
Biri “ayı oyunu” keçirir, başqası nə bilim, neyləyir… Hərəsi bir oyunla məşğuldur. Ərköyün balalardır, Azərbaycanda kim nə istəyir, onu da eləyir.
Mən bu oyuna heç bir ehtiyac görmürəm. Çünki belə tədbirlərin heç bir məsələdə ölkəyə faydası yoxdur. Xeyri olmayan işə niyə o qədər pul xərclənməlidir?
Məmur uşaqları bu oyunları özlərinin xeyrinə, kef eləmək və prestijləri üçün keçirirlər. Bunun başqa bir adı yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar