Müşfiqi diri-diri Mircəfər Bağırovun yaşadığı evin divarına hörüblər - sensasion açıqlama

21-11-2018, 09:12   


General Tomsonun, Nəriman Nərimanovun və Mircəfər Bağırovun yaşadığı tarixi bina hansı sirləri gizlədir?

“Şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının ona aid olub-olmadığını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi lazımdır. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”

Bunu bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, müayinələrin aparılması üçün onlara bir deyil, çox sayda sümük qalıqları təqdim edilib. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik və s. ekspertizalar həyata keçiriləcək: “Artıq bu müayinələrin hamısına başlanılıb. Sümük qalıqları bir neçə şəxsə aiddir. Onların hələlik kimlərə aid olduğu bilinmir. DNT analizi apardıqdan sonra sümük qalıqlarının müayinələrinin nəticələri Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə tutuşdurulacaq və müəyyən ediləcək ki, bizə təqdim edilən sümüklər arasında Mikayıl Müşfiqə aid sümük qalıqları var, ya yoxdur”. Bu arada isə tədqiqatçı alim Ədalət Tahirzadə Mikayıl Müşfiqin divarına diri-diri hörüldüyü iddia olunan binanın ünvanını göstərib.

ÉdalÉt tahirzadÉ ile ilgili görsel sonucu

Həmin ünvan Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binadır. Müşfiqin həmin binanın zirzəmisinin aşağıdan 3-cü mərtəbəsində divara hörüldüyü deyilir.

Bununla bağlı Ə.Tahirzadə facebook səhifəsində yazıb: “Mən 31 oktyabrda facebook səhifəmdə yazmışdım ki, ciddi bir dövlət qulluqçusundan Mikayıl Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü eşitmişəm və qoy dövlət orqanları bunu araşdırsın. Mən bu məlumatı çox ciddi bir dövlət işçisindən 2003-cü ilin aprelində onun kabinetində eşitmişəm. Həmin şəxs Müşfiqin repressiyadan sonrakı həyatını öyrənməyə Azərbaycanda, məncə, ən çox əmək sərf etmiş adamdır. O, sənədlərdə Müşfiqin pəncərəni örtdürməsindən sonra müfəttişin yazdığı raportu və Stalinin büstünün başını şillələdikdən sonra “Azərnəşr” işçisinin yazdığı raportu şəxsən oxuduğunu deyib. Əlavə etmişdi ki, Müşfiqin meyitinin boynuna tros keçirilib ayağına daş bağlanaraq Nargin adası yaxınlığında dənizə atıldığını düşünürdüm, çünki o, Stalinin büstünün boynuna tros keçiriləcəyini demişdi. Buna görə də mən gəmi kirayələdim, dalğıclar tutdum, Müşfiqin meyitinin dənizə atılmasında iştirak etdiyi söylənilən bir tatarı və sonralar Üzeyir bəyin ev muzeyinin direktoru olmuş Ramazan Xəlilovu da özümlə götürdüm.

BaÄırov ile ilgili görsel sonucu

Dalğıclar bir neçə dəfə dənizin dibinə ensələr də nəticəsiz oldu. Əliboş geri qayıdarkən yolda tatar mənə dedi ki, Müşfiqi lazımi yerdə axtarmırsan. O, mənə dedi ki, bildiyimə görə, Müşfiqi şəhərdə məşhur bir binanın zirzəmisinin aşağıdan 3-cü qatında divara diri-diri hörüblər. Bu əhvalatı mənə söyləyən dövlət işçisi 2003-ün aprelində bildirmişdi ki, mən tatarın dediyi həmin binanın zirzəmisinin o qatında oldum. Çox havasız və kəsif iyli bir yer idi. Ancaq divarda axtarış aparmağa mənim səlahiyyətim çatmırdı, buna görə də işim yarımçıq qaldı..."

MüÅfiqin ile ilgili görsel sonucu

Ə.Tahirzadə qeyd edir ki, Müşfiqin divara diri-diri hörülməsi versiyasının doğru olduğu iddiasında deyil: “Bunun gerçək olmamasını ürəkdən arzulayıram, ancaq deyilənin doğru olmaq ehtimalı da var axı. Qoy dövlət orqanları heç bir hay-küyə imkan vermədən bunu yoxlayıb fikir bildirsin. Mənim istədiyim yalnız budur”.

Qeyd edək ki, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi ən böyük incəsənət muzeyidir və muzeydə 17 mindən çox eksponat saxlanılır. 1936-cı  ildə əsası qoyulmuş muzey 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.

Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - “De Burun Sarayı” və “Mariinski Qadın Gimnaziyası” binasında yerləşir. De Burun sarayı - XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1881-1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilib. Binanın inşası tamamlanmamış De Bur dünyasını dəyişir. Onun varisləri  hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinə satırlar. Beləcə, bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar.  1917-ci  il Oktyabr  inqilabından sonra  əvvəl  ingilis konsulu, 1919-cu ilin  avqustunda Böyük Britaniya ordusu Bakıya daxil olandan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı “Kaspi Tərəfdaşlığı”na məsxus olan bu sarayda yerləşdirilib. 28 aprel sovet işğalından sonra isə  Nəriman Nərimanovun rəhbərlik etdiyi Xalq Komissarları Şurası da  De Burun sarayında yerləşdirilib. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşayıb. 1933-cü ildə sarayda DTK-nın birinci katibi Mircəfər Bağırov və  ailəsi məskunlaşıb.  Mircəfər Bağırov 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayıb. 

ORXAN,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar