Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb - sensasion gəlişmə

18-12-2018, 09:06   


Sabiq deputat istintaqda əmlakı dağıdılan zərərçəkənlə üzləşdi

Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində sabiq deputat Hacı Qalib Salahzadənin adı keçən araşdırma davam edir. İstintaq hərəkətləri zərərçəkənlərin Qalib Salahzadə ilə üzləşməsi ilə keçirilir.

Son belə üzləşmə sabiq deputatla Bilgəh qəsəbəsində 2 və 3 mərtəbəli evləri dağıdılan, həyətdəki yardımçı binalar, hovuz, su quyusu, ağacları yerlə bir edilən Ələkbər Quliyev arasında olub. Bu haqda “Yeni Müsavat”a Ə.Quliyevin qardaşı Seymur Quliyev məlumat verib.

Deyib ki, Qalib Salahzadə onların Bilgəhdəki mülkünü ələ keçirmək üçün 2011-ci ildən ən müxtəlif saxtakarlıqlara gedib, bunun üçün dövlət qurumlarını, Bilgəh bələdiyyəsini də öz saxtakarlıqlarına şərik qoşub: "2011-ci ilin sonunda Bilgəh bələdiyyəsi Qalib Salahzadənin qardaşı arvadı Rəhilə Salahzadəyə mənim torpağıma aid sənəd vermişdi. Həmin sənəd əsasında da Rəhilə Salahzadənin adından Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət yazmışdı. Rəhilə Salahzadənin adından yazılmışdı ki, guya mən 3 nəfərlə onun həyətinə silahlı basqın etmişəm.  Şikayətinə saxta bələdiyyə sənədini də əlavə etmişdi. Polis araşdırdı, məlum odu ki, şikayət cəfəngiyyatdır. Həmin sənədlə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Bilgəh bələdiyyəsinin hüquqşünası məhkəmədə gəlib dedi ki, guya sənədi səhv veriblər. Əslində isə məhkəmədə üzə çıxdı ki, sənəd saxtadır. Amma həmin saxta sənədlə bağlı bu günə qədər hər hansı bir araşdırma aparılmayıb. 8 ildir ki, Rəhilə Salahzadəni də ortaya çıxara bilmirlər ki, ondan saxta sənədləri haradan almasını soruşsunlar. Açıq-aşkar cinayət ortadadır. 8 ildir ki, sənədin saxtalığı ilə bağlı tədbir görülmür. Ona görə də Qalib Salahzadə bizə qarşı qanunsuzluqlarını davam etdirir".

Hacı Qalib vÉtÉndaÅın villasını daÄıdıb, hÉyÉtini avtodayanacaÄa çevirib â REPORTAJ, FOTOLAR

Seymur Quliyev

Seymur Quliyev deyir ki, saxta bələdiyyə sənədi ilə bağlı Sabunçu Rayon Məhkəməsində araşdırmalar davam etdirilən günlərdə Bilgəh bələdiyyəsinin hüquqşünası əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncam verdiyini söyləyib:“Həmin sərəncamla bağlı Bakı Şəhər İcra Hakimiyyətində olduq. O dövrdə Hacıbala Abutalıbov bizi qəbul etmədi. 2 saylı İnzibati İqtisad  Məhkəməsinə qanunsuz verilən sərəncamın ləğvi ilə bağlı müraciət etdik. Hacıbala Abutalıbov bizim torpağı 2 hektar yarım torpağın içində ”İnşaatservis"ə vermişdi. Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Komitəsi nümayəndələri məhkəməyə gəlib dedilər ki, torpaq Seymur Quliyev və Nurid Əliyevindir. Bakı Şəhər İcra Hakimiyyətinin Cəlal adlı nümayəndəsi də gəlib məhkəmədə dedi ki, biz bilməmişik ki, orada əmlak var, ona görə də elə bir sərəncam verilib. “İnşaatservis”in də nümayəndələri yazıb verdilər ki, onlara ayrılan torpağın içində olan digər şəxslərə məxsus torpaqdan imtina edirlər, həmin hissədə sərəncamın ləğvinə etiraz etmirlər. 2 saylı İqtisad Məhkəməsi 2013-cü ilin yayında BŞİH-dən verilən sərəncamı da ləğv elədi. Bundan sonra ortaya  Xatirə Salahzadə çıxdı. Qalib Salahzadənin gəlini şikayətvermə müddəti bitəndən 1 ay sonra məhkəmə qərarından şikayət vermişdi. Yazırdı ki, torpaq guya onundur, məhkəməyə 3-cü şəxs qismində qoşulur və qərarın ləğv olunmasını istəyirdi. Bu günə qədər də bəlli deyil ki, həmin qərardan şikayət vermə müddətini Xatirə Salahzadə kimlərin əli ilə bərpa etdirib.

güllÉkeçirmÉz ÅüÅÉlÉr ile ilgili görsel sonucu

Məhkəmə başladı,  Xatirə Salahzadənin və Bilgəh bələdiyyəsinin nümayəndəsi eyni adam idi. Prosesə əlində daşınmaz əmlakdan çıxarışla gəlmişdi. Bakı Apelyasiya Məhkəməsində araşdırma başladı. Bu dəfə BŞİH-in  həmin o Cəlal adlı nümayəndəsi ötən məhkəmə instansiyasında səhv verdiklərini söylədiyi sərəncamı müdafiə etməyə başladı. Hakimin “Əsgər sərəncam doğru-dürüst verilmişdisə, niyə BŞİH məhkəmə qərarından  apelyasiya şikayəti vermirdi” sualından sonra susdu, daha danışmadı. Daşınmaz Əmlakın nümayəndəsini də məcburi qaydada prosesə gətirdilər. Çünki ilkin instansiyada onların üzərinə həmin sərəncamın verilməsi öhdəliyi qoyulmuşdu, bunlar isə Xatirə Salahzadənin adına çıxarış vermişdilər. Bakı Apelyasiya Məhkəməsi Xatirə Salahzadənin şikayətini rədd elədi. Ali Məhkəmə, Konstitusiya Məhkəməsinə qədər şikayət verdilər, yenə də rədd cavabı aldılar. Əgər həmin saxta sənədlər Hacı Qalibin əlində olmasaydı, o, mənim, qardaşımın, qonşumun mülklərini, həyətlərimizi heç vaxt sökə, oranı özünə məxsus restorana dayanacaq edə bilməzdi. Bu adam özünün mənə qarşı cinayətlərinə dövlət qurumlarını da qatıb. Özü də bunu cibində Milli Məclis kimi mötəbər bir dövlət qurumunun vəsiqəsini gəzdirdiyi günlərdə eləyib. Görəndə ki, məhkəmələrdə onun saxta sənədlərlə torpağımızı ələ keçirmək istəyi alınmır, götürüb 35 nəfərin və mənimlə Nurid Əliyevin evinə gedən yolu bağlayıb. Bu gün də Bakı Şəhər İcra Hakimiyyəti dövlətin yolunu açmaqda aciz qalıb".

Seymur Quliyev deyir ki, 8 aydır Qalib Salahzadənin ona və qonşusuna qarşı etdiyi cinayətin istintaqı gedir: “Əlimdə adıma mülkiyyətimi təsdiq edən sənəd ola-ola dövlət qurumları Qalib Salahzadənin qardaşı arvadı Rəhilə Salahzadəyə, oğlunun arvadı Xatirə Salahzadəyə necə sənəd veriblər? Axı bu necə mümkündür? Niyə bu saxtakarlıqlarla bağlı cinayət işi açılmır? Hacıbala Abutalıbov niyə istintaqdan kənar qalır? Bilgəh bələdiyyəsi, daşınmaz əmlak necə veriblər həmin sənədləri?

Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avro xərcləyib təkcə pəncərə alıb. İmarətin pəncərələri gülləkeçirməzdir. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get yolu aç. Bizə vurduğun ziyanı ödə. Bizim əmlakımızı 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı".

Qeyd edək ki, Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün bu il oktyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi tələbi qoyulub. Yolun açılması ilə bağlı işlərin icra müddəti 1 ay olsa da, hələ ki yol bağlıdır. Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaş yoldan istifadə edə bilmirlər. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.  Redaksiyamıza daxil olan məlumatda deyilir ki, iş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma davam edir.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar