Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinə nə olub: mətbuat konfransında elə səhvlər etdi ki... - faktlar

22-12-2018, 10:52   



 

Rusiya prezidenti Vladimir Putinin  dekabrın 20-də keçirdiyi mətbuat konfransında ciddi səhvlərə yol verdiyi üzə çıxıb. 
Dövlət başçısının səsləndirdiyi rəqəmlərdə səhvlər o qədər ciddi olub ki, Kremlin saytı mətbuat  konfransının stenoqramına "əl gəzdirməli" olub. 

Musavat. com newsru.com-a saytına istinadən xəbər verir ki,  mətbuat konfransındakı ciddi səhvləri(və ya bilərəkdən təhrif edilməsini) "Açıq media" nəşri üzə çıxarıb.

Beləliklə, Putin nələri deyib?
 
Dövlət başçısı Rusiyaya qarşı sanksiyalardan danışarkən iddia edib ki, bu qadağalar Avropa Birliyinə 500 milyard avro ziyan vurub. Və bu rəqəmi səsləndirərkən Avropa Komissiyasına istinad edib.  Kremlin saytı mətbuat konfransından hazırlanmış stenoqramda  bu rəqəmlərdə sıfırlardan birini azaltsa da, 50 milyard rəqəmi belə iqtisadçılar  üçün müəmmalı qalıb.

Putin ölkəsinin qaz ehtiyatlarından danışarkən də ciddi yanlışlığa yol verib. O deyib ki, Rusiyanın qaz ehtiyatları  dünyadakı qaz ehtiyatlarının cəmindən çoxdur.  Putin deyib ki, təkcə Yamalyada Rusiyanın qaz ehtiyatı 67 triliyon kubmetrdir. Kremlin saytı prezidentin səsləndirdiyi rəqəmə əl vurmayıb, amma rəqəmlərin arasına bir vergül qoyub. Yəni 67 trilyion 6,7 olub.

"Qazprom"un hesablamalarına görə isə Yamalyada qaz ehtiyatı 26,5 trilyon kubmetr civarındadır. Dünyada lider olmalarına gəlincə, BP-nin araşdırmasına görə, dünya ölkələrində qaz ehtiyatı 193, 5 trilyon kubmetrdir ki, bunda da Rusiyanın payı cəmi 18 faizdir.

putin mÉtbuat konfransı 2018 ile ilgili görsel sonucu
 
Rusiya prezidenti daha bir ciddi səhvi Kerç boğazında baş vermiş insidentlə bağlı danışarkən edib. Prezident Azov dənizində istifadə haqda Ukrayna ilə 2003-cü ildə imzalanmış sənəddən danışarkən iddia edib ki, həmin sazişdə  gəmilərin hansı həddə digər dövlətin sərhədinə yaxınlaşması müəyyən edilib. Bu 5 dəniz mili səviyyəsindədir" deyə, dövlət başçısı əminliklə vurğulayıb.

Nəşr isə aydınlıq gətirib ki, dövlətlər arasında həqiqət də belə saziş mövcuddur. Amma razılaşmada dənizin sərhədinin müəyyənləşməsi haqda heç bir bənd mövcud deyil.

Putin ölkədaxili aviadaşımalarla bağlı sadaladığı rəqəmlər də rəsmi statitistika ilə uyğun gəlməyib.

Newsru.com onu da qeyd edib ki, mətbuat konfransından bir gün əvvəl Putin gecəyarıyadək Kremldəki kabinetində olub, köməkçilərinin, nazirlərin onun üçün hazırladıqları məruzələri  gözdən keçirib.

KQB zabiti olan Putin həm də möhkəm yaddaşı ilə seçilir. İndi əsas düşündürücü sual budur ki, prezident niyə 1700 jurnalistin iştirak  etdiyi tədbirdə bu qədər ciddi yanlışlıqlara yol verib. 
 
Yaşlanıb, yoxsa...

Orxan,
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar