''26 ildir ömrümüz çürüyür'' -VİDEO

17-02-2019, 09:27   
 


82 yaşlı Təşkilat Xudiyev binanın blokunda illər əvvəl özünün düzəltdiyi evdə yaşayır. Ancaq yenə də işıq üzünə həsrətdir. Rütubətdən evdəki lampalar tez-tez sıradan çıxır.

Şifer zavodunun yataqxanasında 105 ailə məskunlaşıb. Onlardan 32-si məcburi köçkün, digərləri isə yerlidir. Bina qəzalı vəziyyətdə olduğundan ailələr evdə oturmağa qorxur. Sakinlər deyir ki, binanın zirzəmisinə dolan suyu ayda 2 dəfə çəkdirməli olurlar. Əks halda üfunət qoxusundan nəfəs almaq olmur.

Qonşular ümumi sanitar qovşağından istifadə edirlər. Sakinlər deyir ki, anti-sanitar ortamda uşaqlar da tez-tez xəstəlik tapır.

Məcburi Köçkünlər mənzil arzuladığı vaxtda elə ötən həftə ölkə başçısı İlham Əliyev də yerli mediaya verdiyi ilk müsahibəsində onlara verilən mənzillərdən söz açıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindənsə zənglərimizə cavab verən olmadı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar