Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir.
Publika.az xəbər verir ki, indiyə qədər “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.“2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”, - deyə o qeyd edib.
Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin “rəhbəri”nin “mətbuat katibi” David Babayan iddia edib ki, “təmas xəttində sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib, cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu təsdiqləyir”.Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan yumşalma fonunda Ermənistan daxilində siyasi baş verən siyasi intriqalar diqqət çəkir.
Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın sözləri mesaj xarakteri daşıyır. Bu, mesaj kimə ünvanlanıb.Erməni şərhçilər hesab edirlər ki, hədəfdə münaqişənin həlli üçün danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır.
“Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor olaraq qalır”, - deyə o qeyd edib.Asif