Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür

1-05-2019, 08:54   

Sabiq nazirin “Synergy Group”na daxil olan 2 şirkəti ləğv olundu,  İSMA-nın mağazaları fəaliyyətini dayandırdı

Sabiq vergilər naziri Fazil Məmmədovun böyük biznes imperiyasının Azərbaycan daxilindəki aktivlərinin  “milliləşdirilməsi” prosesi yeni mərhələyə qədəm qoyub. Onun 2010-cu ildə təsis etdiyi “Synergy Group” MMC-yə daxil olan “Blossom Property” və “Blossom House” şirkətlərinin könüllü ləğvi elan edilib. 2013-cü ilin sonunda Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 9 ünvanında, kapitalına 10 min manat qoyulmuş “Blossom” firma adlı 5 şirkət təsis edilib. “Blossom Property” MMC-nin direktoru İlkin Quliyevdir. O, həmçinin Şəmkir rayonunda yerləşən “Synergy Capital Group” MMC-yə rəhbərlik edir. Mürsəl Əliyev “Blossom Mart” şirkətini idarə edir. Bu şəxs “Synergy” qrupuna aid bir çox şirkəti idarə edir. Digər şirkətlərə (“Blossom Capital”, “Blossom House” və “Blossom Group”) direktor təyin edilməyib.

Bundan başqa,  Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb. Bakıda Heydər Əliyev prospektində və “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır.  Eyni zamanda isma.az saytının işləməməsi də diqqəti cəlb edir. Faktı İSMA brendinin daxil olduğu “Synergy Group”dan da təsdiq ediblər.

âSynergy Groupâ ile ilgili görsel sonucu

“Synergy Group”un marketinq direktoru Murad Mirzəyev “Marja”ya açıqlamasında bildirib ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: ““20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib". Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit" mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək".

İsmayıllı Velosiped Zavoduna ile ilgili görsel sonucu

Murad Mirzəyev bildirib ki, zavod  fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət göstətərəcək.

Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra Gəncədəki obyektlərində təftiş başladığı deyilirdi. Hazırda Gəncə Beynəlxalq Xəstəxanasının da Fazil Məmmədovun nəzarətindən çıxarılmasına yönələn prosesin başlandığı da iddia edilir. F.Məmmədov uzun illər Azərbaycanın iri məmur oliqarxları sırasında qərarlaşan əsas fiqurlardan olub. 2000-ci ildə vergilər naziri təyin olunana qədər 1-2 milyonu böyük para hesab edən Fazil Məmmədov 2017-ci ildə vəzifədən çıxarılarkən sərvəti 100 milyonla ölçülə biləcək qədər artmışdı. Onun böyük biznes imperiyası var.

Ä°lgili resim

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər yayılıb və bu günə qədər təkzib edilməyib. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Fazil Məmmədov nazirliyi dövründə Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Kiyevdəki  “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır. Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı.

Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyib, lakin yayılan son məlumatlar onu deməyə əsas verir ki, sabiq nazirin böyük biznesinin gizlədilmiş parçaları da “budanma”dan kənar qalmayacaq... Daha bir iddia da  budur ki, Fazil Məmmədov Azərbaycandakı şirkətlərini xaricə köçürür. 

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar