İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib

13-05-2019, 09:39   




Əgər Vaşinqton konkret güc tətbiqinə dair addım atarsa, İran ABŞ-ın “başına zərbə endirəcək”.

ONA-nın “Al Arabia”-ya istinadən verdiyi məlumata görə, bunu bu gün İran İslam İnqilabını Mühafihə Korpusunun briqada generalı Hoseyn Salami bəyan edib.

Qeyd edək ki, bir həftə öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İran sahillərinə “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupunu və operativ aviasiya bombardıman qrupunu göndərdiyini açıqlayıb. C. Bolton bunun ABŞ-ın maraqlarına istənilən hücuma cavab veriləcəyi yönündə İran rejiminə bir siqnal olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İran arasında gərginlik Tehranın nüvə proqramı ilə bağlı razılaşmaya dair bəzi öhdəliklərin icrasını dayandıracağını bəyan etməsi fonunda yaşanır. İran prezidenti Həsən Ruhani deyib ki, Avropa ölkələrinə danışıqlar üçün 60 gün vaxt verirlər. Bu müddət barədə məlumat Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyaya çatdırılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar