Azərbaycanda xərçəng xəstəliyi niyə artır? - HƏYƏCAN TƏBİLİ

12-06-2019, 09:52   
  
Sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda olduqca sensasion yazısını paylaşıb. Həmin yazı da xərçəng xəstəliyinin Azərbaycanda kəskin yayılmasından bəhs edir. Criminal.az həmin yazını olduğu kimi təqdim edir:
Dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyinə tutulanların və ondan dünyasını dəyişənlərin sayı sürətlə artmaqdadır. Dünya ölkələrində onkologiya və ümumiyyətlə, əhalinin sağlamlığı ilə bağlı mükəmməl elmi-statistik iş aparılsa da, bizdə etimad doğuran statistika olmadığından yalnız şəxsi müşahidələr əsasında bu bəlanın daha sürətlə artdığını demək olar. Bunun da çoxsaylı səbəbləri var. Onların hələlik ən zəruri və aradan qaldırılması təxirsalınmaz olan bir neçəsi aşağıdakılardır: 
1. Ölkənin qida təhlükəsizliyi siyasəti yoxdur və hətta bununla bağlı müasir tələblərə cavab verən müvafiq hüquqi baza da yaradılmayıb. Həyata keçirildiyi iddia olunan tədbirlər isə yalnız imitasiyadır. Bütün sahələrdə olduğu kimi...
2. İnhisarçılıq səbəbindən nə ölkəyə idxal olunan, nə də onun daxilində istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirmək qeyri-mümkündür. 

Ərəstun Oruclu 
Məsələn, ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının əsas kütləvi istehsalçısı olan və hakim ailənin biznesi sayılan "Azersun Holding"də çalışan və on minlərlə manat maaş müqabilində bütün yüksək vəzifələri tutan xarici (milliyyətcə qeyri-azərbaycanlı) əməkdaşlar heç vaxt bu şirkətin istehsal etdiyi ərzaq məhsullarını almırlar. Ümumiyyətlə, şirkətə rəhbərlik edən və hələ gənc yaşlarından "satranç" ləqəbilə ən çirkli bizneslərdə olmuş, bu gün isə həmin fəaliyyəti daha böyük miqyasda həyata keçirməyə davam edən kürd əsilli Abdulbori Goozal şirkətə yüksək vəzifələrə yalnız kürd milliyyətindən olan əsasən İran və Türkiyə vətəndaşlarını gətirir. Şirkətdə bacarıqlı İT mütəxəssisi kimi çalışan azərbaycanlılar 800-1.200 AZM maaş aldığı halda, həmin sahəyə rəhbərlik edən və nə qədər ironik görünsə də, kompüter haqqında bəsit təsəvvürü olan xarici vətəndaş 30.000 AZN əməkhaqqı alır və bu da şirkətin bütün sahələrində belədir. Belə bir şirkətin Azərbaycanda fəaliyyətinin nəyə və kimlərə xidmət etdiyini isə yalnız ehtimal etmək olar. 
3. Ölkədə pulsuz tibbi xidmət yoxdur və üstəlik də onkoloji xəstəliklərin müalicəsilə bağlı bütün məsələlər İlham Əliyevin dayısı Cəmil Əliyevin inhisarındadır, halbuki, onun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi büdcədən maliyyələşdirilən dövlət müəssisəsidir. Amma buna rəğmən, həmin mərkəzdə ödəniş məsələsində bir nəfərə də olsun güzəşt edilmir. İsrarla endirim xahiş edən qaçqın və ya şəhid ailələrinə isə nadir hallarda aıçaldıcı 10-15% güzəşt olunur. Ölkəyə kimyəvi preparatların gətirilməsi də bu mərkəzin inhisarındadır, həyata keçirilən müalicə prosedurlarının effektivliyi isə olduqca aşağıdır. 
Buna da bax: ''Kontr-admirala qarşı açılan saxta cinayət işi ağır dövləti cinayətdir'' - Ərəstun Oruclu bloqunda sifarişçini göstərib
4. Bakı şəhərinə verilən içməli suyun tərkibindəki radioaktiv maddələrin qatılığı sağlımlıq üçün zərərsiz sayılan normalardan dəfələrlə yüksəkdir. Görünür elə bu səbəbdən də hakim zümrənin bir çox ailələri üçün içməli su xarici ölkələrdən gətirilir. Məsələn, hakim ailə üçün bu su Böyük Britaniyadan gətirilir.
5. Müəmmalı reputasiyaya malik və məqsədləri bəlli olmayan bir sıra xarici ölkələrin kommersiya və qeyri-kommersiya tibbi laboratoriya və qurumlarına Azərbaycanda əhalinin sağlamlığı sahəsində tam sərbəst tədqiqat fəaliyyəti imkanları yaradılıb. Onların nəinki fəaliyyəti, hətta mövcudluğu belə əhalidən gizli saxlanılır. 
Buna da bax: Bəylər Əyyubov Bakıya yeni mer gətirir
Göstərdiyim bütün bu məqamlar ölkə üçün strateji əhəmiyyətli məsələ olan demoqrafik göstəricilərə birbaşa təsir edən amillərdən cəmi bir neçəsidir. Amma elə bunlar göstərir ki, ölkədə faktiki olaraq əhalinin sayının "tənzimlənməsi" həyata keçirilir. Buna işarə edən başqa bir məqam da ölkədə heç bir demoqrafik araşdırma aparılmadığı halda, əhalinin sayı və artımı ilə bağlı ortaya saxta rəqəmlər atılaraq onların ətrafında müxtəlif şoular düzəldilir. Halbuki, artıq bu gün əhalinin sağlamlığı və artımı ilə bağlı həyəcan təbili çalınmalıdır.
Əgər artıq gec deyilsə...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar