İrəvandan Bakıya qarşı həyasız təxribat cəhdi – Tiflis etirazlarında “Azərbaycan izi”

22-06-2019, 08:38   

Belə bir məşhur, bir az da çeynənmiş deyim var: “Hər kəs özünün xarablılıq dərəcəsinə görə mühakimə edir”. İndi İrəvanda da “ö xarablılıq dərəcəsinə” uyğun nə az, nə çox, Gürcüstan paytaxtını bürümüş qarışıqlarda “Azərbaycan izi” uydurmağa cəhd edirlər.

Bu məsələdə İrəvan saytı “Lragir” xüsusi fərqlənir. Onun versiyasına görə, birincisi, Gürcüstanın Azərbaycanla münasibətləri David Qoreci kompleksinə görə korlanıb. Bunun ardınca İrəvanda fantaziyaya meydan veriblər: sən demə, hansısa azərbaycanlı alimlər “Gürcüstanın bütün cənub-şərqini Azərbaycan ərazisi kimi qeyd ediblər, Tiflisi isə Azərbaycanın mədəniyyət abidələri sırasına aid ediblər”.

Və getdikcə daha çox uydurma: sən demə, “Bakı Tiflisin önünə tarixi-siyasi əlcək atıb və bu da iki ölkənin əlaqələrinin kəskinləşməsinə gətirməyə bilməz” və sən demə, “bu, Gürcüstana qarşı yalnızca tarixi-siyasi iddia deyil, həm də hərbi-siyasi iddiadır, o cümlədən də Türkiyənin maraqları baxımından – hansı maraqların yolunda ki, Ermənistan və Gürcüstan “əngəli” var, pravoslav zəmində Rusiya-Gürcüstan toqquşması isə Gürcüstanın daxildən parçalanmasına, onun zəifləməsi isə təbii ki, Azərbaycanın mövqeyinin güclənməsinə gətirə bilər”.
Bu, bir təxribatçı “qaba hücum”dur – hətta ağ saplarla da yox, noxudu kanatlarla tikilmiş uydurmalar sırasındandır. Əvvəla, qonşu ölkələrin ərazisində təxribatlar törədib situasiyanı “yırğalamaq” Azərbaycan xarici siyasətinin ənənəsində yoxdur və onun stilinə xas deyil. Ələlxüsus da söhbət bizim ölkənin çoxtərəfli və məhsuldar əməkdaşlıq elədiyi Gürcüstandan gedirsə. Ən əsası, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi də yoluna qoyulmaqdadır. Özü də həm Bakı, həm də Tiflis bu problemi qardaşlıq münasibətləri ruhunda həll eləmək və böyük böhran həddinə çatdırmamaq əzmindədir.

Nəhayət, Azərbaycan cani-dildən həm Gürcüstanın daxili sabitliyində, həm də bu ölkə ilə qardaş münasibətlərin inkişafında maraqlıdır. “Gürcüstanın bütün cənub-şərqinə” Azərbaycan heç vaxt iddia irəli sürməyib və sürmür, o ki ola Tiflisə. Bizim ölkəmiz Ermənistandan fərqli olaraq, beynəlxalq hüquqa və onun əsas prinsipinə - ərazi bütövlüyü prinsipinə hörmət edir. Yeri gəlmişkən, hələ XX əsrin əvvəllərində Gürcüstanın tarixi torpaqları olan Lorini qamarlamış Ermənistan indi də üstəlik, Cavaxetiyanı özününküləşdirmək üçün planlar qurur. Orada hətta Tiflisi “erməni şəhəri” elan eləməyə də hazırdırlar. Bütün Gürcüstan boyu “mübahisəli kilsələr” meydana çıxmaqdadır və s.
Bu azmış kimi, erməni millətçiləri müntəzəm surətdə Azərbaycanla-Gürcüstan münasibətlərinə paz çalmağa cəhd edirlər. Auditoriyanın əsəbləri zəif olan kəsimini “Türkiyə ekspansiyası” ilə qorxutmaq və ya Gürcüstandakı “erməni kilsəsinin” azərbaycanlılar tərəfindın təhqir edilməsi kimi vaxtaşırı edilən cəhdləri yada salmaq kifayətdir.

Əslində isə gerçək belədir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı İrəvan siyasi bomondunu (bomond – seçilmişlər, elita – red.) əsl isterika vəziyyətinə gətirib. Xüsusən də indi – qarşılıqlı faydalı mülki əməkdaşlığa hərbi komponentin də əlavə edildiyi vaxtda. Və təkcə İrəvan bomondu yox.

tiflis mitinq ile ilgili görsel sonucu

Söz düşmüşkən, Gürcüstandakı situasiyanı daima Rusiya da qarışdırmağa çalışıb və çalışır. Çünki Moskvaya Tiflisin təkcə qərbyönlü kursu, onun NATO və Avropa Birliyi ilə əlaqələrinin inkişafı deyil, həmçinin Azərbaycanın Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi və keçirməkdə olduğu transmilli layihələr – Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qa Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu sərf eləmir.
Və nəticə etibarilə erməni analitikləri Moskvanın göstərişinə əsasən, gah Cavaxetiyada “Qarabağ ssenarisi”ni reallaşdırmağa çalışmaqla Gürcüstanla əlaqələrin kəskinləşməsinə oynayırlar, gah da ciddi cəhdlə Tiflis-Bakı əlaqələrinə paz vurmağa səy edirlər. İndi də belə demək mümkünsə, İrəvan “analitikləri” rəislərinin tapşırığını yerinə yetirməyə çalışaraq, Gürcüstandakı etirazlarda “Azərbaycan izi” kəşf ediblər.

Tiflisi bürüyən əsəbi gərginlik fonunda Azərbaycanla Gürcüstanın arasını vurmağa cəhd edirlər.

Ancaq birincisi, Tiflisdə çətin ki, Azərbaycanla əlaqələrin qurulmasında Ermənistanın pıçıltılamalarını rəhbər tutsunlar. Orada bunun da yaxşı fərqləndirərlər ki, versiya hansıdır, “versiya şəklində dedi-qodu” və təxribat hansı? Xüsusən də təxribat bunca primitivdirsə.

Hər şeydən göründüyü kimi, miqrasiya “skvoznyakı”nın (“yelçəkən” – red.) küləyi Ermənistandakı az-çox peşəkar təxribatçıları da ölkədən sovurub aparıb. Odur ki, siyasi sifariş var, di gəl, onun yerinə yetirilməsi üçün yetərincə mahir icraçıları tapmaq alınmır. Ancaq bu, artıq bizim problem deyil.

 

Nurani, siyasi icmalçı,

Minval.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar