“Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir – FOTOFAKTLAR

26-07-2019, 10:58   



 

 

“Mediada dəfələrlə əvvəllər adı “Evrostroy”MTK olan və sonradan “Sipark” MTK adlandırılan şirkət haqqında xəbərlər dərc olunub. Hətta yazılarının bəzilərinin saytlardan sonradan silindiyinin də şahidi oldum”. 

Unikal.org-a müraciət edən şikayətçilər bildirib ki, internetdə axtarış zamanı adıçəkilən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı yerli saytlardan birinə verdiyi açıqlamada qeyd edilib. Xanım bildirib ki, yayılan məlumatlar qərəzlidir və qarayaxma məqsədi daşıyır. O, hətta açıqlamasında Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan da danışaraq vurğulayır ki, ölkə baçısı sahibkarlara dəstək olduğu bir zamanda saytlar adıçəkilən şirkət haqqında xoşagəlməz fikirlər yazırlar.

Hörmətli “Sipark” rəhbərliyi buyursun yazıdan qeyd olunan faktlara aydınlıq gətirsin. 

Əvvəlcədən qeyd edim ki, yazını yazmaqda məqsədim sırf aldadılan insanların hüquqlarının bərpasıdır, heç bir qralama filan məqsədi də daşımır.

Sipark MTK, vaxtilə  “Evrostroy”MTK adlanan şirkət Milli Elmlər Akademiyasının Fizika İnstitutunun işçiləri üçün Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsində yaşayış binası inşa edib. Rəsmi müqaviləyə əsasən (Müqavilə yazıya əlavə edilib – red) şirkət 2013 –cü ildə binanı tikib təhvil verməli olub. Sonradan vədinə əməl etmədiyindən müddət 2015-ci ilədək uzadılıb. Söz verilib ki, 2015-ci ildə bina tam şəkildə istismara təhvil veriləcək. O zamandan bu günədək şirkət buradan ev alan sakinlərin gününü qara edib. Dəfələrlə cəhd etsələr də şirkət rəhbərliyi sakinlərlə görüşdən imtina edib. Çarəsiz qalan, aldadıqlarını iddia edən sakinlər isə son ümid yeri olaraq dövlət başçısı İlham Əliyevə müraciət ediblər.
59 sakinin imzaladığı  müraciətdə qeyd edilir:

“Cənab Prezident, Biz, əvvəllər “Evrostroy” MTK (bundan sonra Sipark olaraq qeyd ediləcək) kimi tanınan və adı sonradan dəyişdirilərək “Sipark”MTK olan şirkətin Əsəd Əhmədov küçəsində Milli Elmlər Akademiyasının Fizika İnstitunun əməkdaşları üçün inşa etdiyi binanın sakinləri 6 ildir ki, şirkətin süründürməçiliyindən, özbaşınalığından əziyyət çəkirik. Son ümid yeri olaraq Sizə müraciət etməyi qərara aldıq. Təəssüflər olsun ki, bir çox şirkətlər, “Sipark” MTK daxil olmaqla Sizin sahibkarlarla bağlı humanist qərarlarınızdan sui istifadə edərək vətəndaşları aldadır və narazı salırlar.

“Sipark” MTK tərəfindən bağlanmış müqavilədə binanın 2013-cü ildə təhvil verilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən bu müddət 2015-ci ilədək uzadıldı. Lakin 2015-ci ildə də bina təhvil verilmədi. 4 il sonra çoxsaylı şikayətlərimizin nəticəsi olaraq “Sipark”MTK rəhbərliyi qaz, su, işıq sayğacları üçün hər evdən 1200 AZN pul yığdı. Qeyd edilən məbləğ binanın 80 faiz sakini tərəfindən ödənildi. Lakin bu günə qədər bina hələ də istismara təhvil verilməyib. Şirkətin rəhbərliyi bizi saymır, dəfələrlə görüşmək istəyib problemimizi demək istəsək də buna nail ola bilməmişik.

Cənab Prezident, Sizdən problemin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin göstərişlərinizdən sonra, müvafiq qurumlar məsələyə müdaxilə edəcək, “Sipark”MTK rəhbərliyinin özbaşınalığına son qoyulacaq və yaşadığımız bina istismara təhvil veriləcək. Ümid edirik ki, bundan sonra biz mənzillərimizin çıxarışlarını ala biləcəyik”.

Ümid edirəm yazıdan sonra Sipark rəhbərliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri xanım İradə Nurəddin qızına əziyyət verib saytalara zəng etdirmək əvəzinə 59 sakinin məcbur qalıb dövlət başçısına qetdiyi müraciətdə qeyd olunan problemin həlli ilə bağlı addım atacaq.



  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
  • “Sipark”MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir- FOTOFAKTLAR
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar