“Başa düşdüm. Bəs niyə onları nüvə bombası ilə bombalamayaq?...” - TRAMPIN BU TƏKLİFİ İCLASA TOPLAŞANLARI ŞOKA SALDI

26-08-2019, 11:47   

 

ABŞ prezidenti Donald Tramp ən azı iki dəfə Birləşmiş Ştatlar sahillərinə doğru hərəkət edən qasırğalara qarşı nüvə bombasından istifadə etməyi təklif edib. Virtualaz.org xəbər verir ki, bu haqda “Axios” portalı müzakirələrdə gedən söhbətlərə bələd olan  mənbəyə istinadən bildirir.

Məlumata görə prezidentin bu təklifi Ağ evdə milli təhlükəsizlik məsələlərinə dair brifinqdə səslənib. “Mən başa düşdüm, baş düşdüm. O zaman nəyə görə onları bombalamayaq?(...) Onlar Afrika sahillərində formalaşmağa başlayanda və sonra Atlantik okeanı ilə hərəkət edəndə biz qasırğanın mərkəzinə nüvə bombası atırıq. Və bomba onu məhv edir. Nəyə görə biz bunu edə bilmərik?”,-müzakirə iştirakçılarından biri Trampın dediklərindən sitat gətirib.


Onun sözlərinə görə, brifinqdə iştirak edənlər prezidentin bu sözlərindən heyrətə gəliblər.

Digər mənbə isə deyib ki, ideya “yerdə qalan məsələlərin” müzakirəsi zamanı səsləni və toplaşanları elə də şoka salmayıb. Və məsələyə rəsmi səviyyədə baxılması variantı müzakirə olunmayıb.

Ağ evdəki mənbə isə Trampın dediklərini nə təsdiq, nə təkzib edib. Amma bildirib ki, prezident ABŞ-ı təbii fəlakətlərdən qoruaq üçün hətta ən ağlasığmaz variantları belə təklif etməkdə haqlıdır.

Lakin Trampın qasırğaları nüvə bombası ilə dağıtmaq ideyası yeni deyil. Bu ideya alimlər səviyyəsində hələ ötən əsrin 50-ci illərində müzakirə olunub. Lakin alimlərə görə nüvə bombası nəinki qasırğanı dağıtmazdı, əksinə, ətraf mühitə zərər vurduğuna görə ziyanı qasırğanın ziyanından daha çox olardı.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar