Azərbaycan işsizliyin artım tempinə görə MDB-də lider dövlətdir.
Ölkədə ötən illə müqayisədə işsizlik səviyyəsi 213,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına əsasən, bu ilin yanvar-avqust aylarında məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 200,5 faiz artıb. Rəsmi məlumatlara görə, 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olub ki, onların 35,4 faizini qadınlar təşkil edib. Müqayisə üçün qeyd edim ki, 1 oktyabr 2018-ci il vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilmiş şəxslərin 34760 nəfər olub. Bu isə o deməkdir ki, Azərbaycanda ötən illə müqayisədə işsizlik səviyyəsi 213,2 faiz artıb.
Qubad Ibadoğlu, iqtisadçı alim