ABŞ-ın məşhur şirkəti İŞİD-lə adının eyni olmasını istəmir.
Axar.az www.cnet.com saytına istinadən xəbər verir ki, ABŞ-ın məşhur onlayn ödəniş şirkəti ISIS adını İraq İslam Şam Dövləti təşkilatının ingiliscədə olan adı ilə eyni olmasını istəmir. Bu barədə məlumatı şirkətin rəhbəri Maykl Abbot deyib.
Birləşmiş Ştatlarda olan dünyanın 3 böyük “AT&T”, “T-Mobile” və “Verizon Wireless” mobil operatorunun yaratdığı bu şirkət onlayn ödəmə sahəsində liderlərdən biridir.
Xatırladaq ki, İŞİD-in ingiliscə adı İSİS (“İslamic State of Iraq and the Syria”) kimi yazılır.