RUSİYA ÇÖKƏCƏK, YOXSA QARŞIMIZA YENİ GÜC OLARAQ ÇIXACAQ?

3-01-2020, 05:32   

 

Krımla Rusiyanı birləşdirən körpü, indi də dəmir yolu əlaqəsi təsdiqləyir ki, Rusiyanın hədəflərindən geri çəkilmək niyyəti yoxdur. Bütün iqtisadi təhdidlərə və ciddi iqtisadi problemlərə baxmayaraq, Putin açıq şəkildə “yeni Rusiya” anlayışını dəyişdirməyi planlaşdırır. Məlum məsələdir ki, “Çar Rusiyası” anlayışını gündəmə gətirməsi böyük bir imperiya qurmaq istəyindən irəli gəlmir. Belə olan təqdirdə, genişmiqyaslı hədəf qoymaqda məqsəd nədir?

Əvvəla, Rusiya daha geniş hədəf müəyyənləşdirməklə Sovet dövründəki həlqəni yenidən qaytarmaq istəyir. Yəni keçmiş Sovet respublikaları Putinin əsas və indiki hədəfidir. Bu halda Çar Rusiyası ilə bağlı hədəfin məqsədi, ilk növbədə, birinci çevrəni müəyyənləşdirməkdir.

Mövcud iqtisadi vəziyyət nəzərə alınarsa, bu qədər geniş ərazi və geniş sərhədlər onsuz da Rusiyanın təkbaşına öhdəsindən gələ bilməyəcəyi bir məsələdir.

İkincisi, Rusiya zaman-zaman özünü “Asiya” kimi təqdim etsə də, əslində özünü Avropanın bir hissəsi kimi göstərir. Bu səbəbdən Rusiya Asiyada güclənərək, Yaxın Şərqdə özünü tanıdaraq keçmiş Çar dövründəki yerini geri qaytarmağı hədəfləyir. Bunun yolunun onun Asiyadakı varlığı və gücü olduğunu gözardı etməməkdə fayda var.

Yaxın Şərqdə gəldiyi nöqtə Rusiyanı yenidən Almaniya və Fransayla üz-üzə gətirdi. Ukrayna məsələsində sərt mövqe qoyan Almaniya Rusiya ilə razılaşma yoluna üstünlük verdi. Dolayısıyla Ukrayna ilə Rusiyanın masaya gətirilməsinin Rusiyanın Aralıq dənizindəki Suriya və Liviyadakı, ümumən Şərqdəki varlığını möhkəmləndirdiyi dəqiqdir.

Ukrayna təbii qazla bağlı tranzit keçid məsələsinə, Rusiya qazının Avropaya nəqlində Almaniya və Fransanın təşəbbüslərinə müsbət yanaşır. Rusiya ilə bir masaya əyləşib anlaşmağa üstünlük verir. Bəlkə də məcburdur, lakin konyunktura buna sövq edir!

Putin ictimai rəyi öyrənmək üçüq 2024-cü ildə namizəd olub-olmayacağı, seçkiyə başqa bir namizədlə gedib-getməyəcəyi məsələsini gündəmə gətirdi. Əslində kənarlaşmaq kimi bir niyyətinin olmadığını görmək olur. Bunu etməklə cəmiyyətin müzakirə aparmasına qapı açır, lehinə və əleyhinə olan hər kəsi danışdırır. Bu yolla özünün deyil, toplumun necə qərar verəcəyini gözlədiyini görə bilirik.

Krım məsələsi embarqolara səbəb olsa da, Rusiya iqtisadi cəhətdən Krımı özünə bağlamaq yolundan imtina etməyəcəyini göstərir.

ABŞ prezidenti Trampın bir neçə gün əvvəl Putinlə telefon danışığı mülayim və pozitiv olmuşdu. İki ölkə arasında buzlar tam əriməsə də, Rusiyanın yekun məqsədinin ABŞ-la razılığa gəlmək olduğunu görməyimiz vacibdir.

Britaniya Baş naziri Boris Consonun Rusiyanın ünvanına səsləndirdiyi sərt sözlərdən sonra üzr istəməsi və Rusiya ilə bağlı yumşaq ifadələr işlətməsi durumun fərqli müstəviyə keçəcəyinin siqnalıdır.

Rusiyadakı xarici sərmayələr siyahısında 22 milyard dollarlıq yatırımla Britaniyanın ilk sırada gəldiyini düşündüyümüzdə, yaxın və uzaq perspektivdə Rusiya-Britaniya münasibətlərinin necə şəkillənəcəyini görə bilərik.

Bir tərəfdən Britaniya London-Pekin xəttini mənimsəmiş kimi görünür. Digər tərəfdən, Rusiyanın yaxın və uzaq perspektivdə Çinlə problemlərinin olacağı aydındır. Belə olan təqdirdə Çinlə düşüşən ABŞ-ın “Putin Rusiyası ilə razılaşması mümkündürmü?” sualını verməyə bilmirəm.

Bu şəraitdə uzaq perspektivdə Rusiyanı yenidən çöküşə sürükləmək istəyən qlobal zehniyyətin Rusiyanın özündən bəhs etdirən tutumu ilə necə bir strategiya izlədiyini görmək anlamlıdır.

Britaniyanın heç vaxt tərk etmədiyi Yaxın Şərqdə əsas aktyor olmaq səyləri, Rusiyanın Avropada mövqe qazanmaq istəyini Yaxın Şərqdəki gücü ilə möhkəmləndirməsi önümüzə necə bir gələcək tablosu çıxaracaq? Bu bizi indidən düşündürməlidir!

Sevil NURİYEVA
(Star.com.tr)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar