Pakistanın Kəraçi şəhər zooparkında vəhşi heyvanlarla yanaşı, qeyri-adi bir məxluq da saxlanılır.
Press24.az-ın dünya mediasından əldə etdiyi xəbərə görə, həmin heyvanat parkında Mumtaz Begum adlı qadın yaşayır. Mumtaz insanbaşlı, tülkü bədənli əfsanəvi personajı canlandırır. Maraqlısı budur ki, həmin xanım fala baxır, gələcəkdən xəbər verir. Onun ziyarətinə əsasən gənclər gəlir. Tələbələr imtahanla bağlı sual verir, analar isə öz qızlarının nə zaman ərə gedəcəyini soruşurlar.
Mumtazı canlandıran Murad Əlinin 33 yaşı var. Həmin gənc bir neçə dildə sərbəst danışır. O, qadın kimi başını bağlayır və qəfəsdə ölmüş tülkü bədənindən istifadə edir.
[media=https://www.youtube.com/watch?v=VP7WNdOmbt4]