“Ayrılan vəsaitlər milyonlarla ölçülür” - Nazirlik ən elementar xidməti niyə qura bilmir?

31-01-2020, 08:59   



“Ayrılan vəsaitlər milyonlarla ölçülür” - Nazirlik ən elementar xidməti niyə qura bilmir?

“Səhiyyə Nazirliyi 10 ildir ki eGov quruculuğundan danışırdı. Hər şeyin yüksək səviyyədə olduğu bildirilirdi. Elektron xidmətlərin siyahısı göz deşirdi. İndi isə İcbari Tibbi Sığorta qurumu deyir ki, xəstəxanalarda elektron növbə sistemini hazırlamağa başlayıblar. Bu xidmət, tibb sahəsində ən elementar xidmət hesab olunur. Anlaşılmazdır. Əgər zamanında belə həllər hazırlanıbsa, onlar hardadır?”

Siam.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O, sözlərinə belə davam edib:

“Səhiyyə sistemində indiyədək e-Gov üçün ayrılan vəsaitlər milyonlarla ölçülür. Aydın olur ki, səmərəli olmayıb. Odur ki, eyni məqsədli ictimai vəsaitlər indi yenidən ayrılır. Ümid edirəm, dövlət xidmətlərinin keyfiyyətinə və eGov quruculuğuna cavabdeh olan ASAN bunula bağlı bir açıqlama verəcək.

Görünən odur ki, hələlik səhiyyədə olan informasiya sistemlərinin (əgər varsa) heç birisinin İcbari tibbi sığorta üzrə məsul qurumlara inteqrasiyası baş tutmayıb. eGov sahəsində Kordinasiyaya etinasız yanaşan qurumlardan biri də məhz Səhiyyə Nazirliyi olub.

Bir daha bildirmək istərdim ki, ASAN eGov sahəsində əlavə məcburedici normalarla bağlı hökümətə müraciət etməlidir, görünür ki, bir mərkəzi icra qurumu səviyyəsində, könüllü kordinasiya prinsipləri ilə eGov quruculuğu çox ləng gedir. Sayğısızlıq və etinasızlıqlar çoxdur. Və ya ASAN bu sahədə idarəetmənin daha üst quruma, məsələn PA (Pirezident Aparatı) yanında və hökumət yanında yaradılacaq bir kordinasiya qurumuna verilməsi haqqında təşəbbüs etməlidir.

Ümumiyyətlə belə görünür ki, səhiyyə sektorunda rəqəmsallaşmanın çox aşağı səviyyədə olması icbari tibbi sığortanın tətbiqi üçün ciddi problemlər yaradacaq. Hansı ki, biz bu haqda qabaqcadan və dəfələrlə bildirmişdik. Uzun illərdir ki, bu sektordayam, səhiyyədə hər hansı rəqəmsal həllin ictimai müzakirəsini - təqdimatını xatırlamıram.

Səhiyyə Nazirliyində İT sahəsi üzrə bir audit aparılması və icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan bütün informasiya resurslarının tibbi sığörta üzrə yeni yaranan qurjmların balansına keçirilməsi daha məqsədəuyğun olardı”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar