Tanınmış "Mars" və "Snickers" markalarının içkiləri Fransada mağazalardan geri çağırılıb
Həmin məhsullarda xəstəlik törədən bakteriyalar var
Bu barədə məşhur brendin rəsmi nümayəndəsi bildirib. Onun sözlərinə görə, "Bacillus subtilis" adlı bakteriya insan orqanizminə ciddi zərər vura bilər. Bu bakteriya qida zəhərlənməsinə səbəb ola bilər.
Qərar yalnız sport qapaqlı 350 ml həcmdə plastik qablardakı Mars Milk, Snickers Shake, Milky Way Milk və Bounty Drink içkilərinə şamil edilib.
Bütün məhsullar Almaniyada istehsal olunub və istifadə müddəti 2015-ci ilə qədərdir. "Biz xahiş edirik ki, heç kim bu məhsulu istifadə etməsin", - şirkətin məlumatında deyilir. Bu məhdudiyyət Almaniya və Hollandiya bazarlarında da tətbiq edilib./milli.az/