AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların - NƏTİCƏLƏRİ

11-10-2014, 02:48   
AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların - NƏTİCƏLƏRİ

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunları baş tutub.

Azərbaycan milli komandasının səfərdə İtaliya ilə ikinci oyun günü rəqibləri də münasibətlərinə aydınlıq gətirib.

H qrupunun ilk matçında millimizi Bakıda 2:1 hesabı ilə məğlub edən Bolqarıstan bu dəfə növbəti 3 xalını qazanmaq üçün güclü Xorvatiyanı sınağa çəkib. Lakin görüşdə sevinən tərəf qonaqlar olub - 0:1.

Xalsız olan Norveç isə Malta ilə üz-üzə gəlib. Matçda yenə qonaqlar qazanıb. Qeyd edək ki, Azərbaycan İtaliyaya 2:1 hesabı ilə uduzub.

Milli komandamızın qrupu ilə yanaşı A və B qrupunun iştirakçıları da mübarizəyə qoşulub.

Ölkəmizin də marqla izlədiyi Türkiyə yığması Çexiyanı qəbul edib. Baş məşqçi Fatih Tərimin yetirməlkəri qrupun ilk görüşündə səfərdə İslandiya məğlubiyyətini (3:0) unutmaq üçün bu görüşdə mütləq qələbə qazanıb, yenidən azarkeşləri ilə barışmaq niyyətində idi. Lakin “ay-ulduzlular” istəklərinə nail ola bilməyib. Matç 2:1 hesabı ilə çexlərin xeyrinə başa çatıb.


AVRO-2016-nın seçmə mərhələsi
A qrupu
Latviya - İslandiya - 0:3
Qollar: Siqurdsson, 66, Qunnarsson, 77, Qislason, 90

Hollandiya - Qazaxıstan - 3:1
Qollar: Huntelaar, 62, Afellay, 82, van Persi, 89-pen - Abdulin, 17

Türkiyə - Çexiya - 1:2
Qollar: Umut, 8 - Sivok, 16, Dokkal, 58

B qrupu
Belçika - Andorra - 6:0
Qollar: de Bruyne, 31-pen; 34, Çadli, 37, Origi, 59, Mertens, 65; 68

Kipr - İsrail - 1:2
Qollar: Makrides, 67 - Damari, 38, Ben Haim, 45

Uels – Bosniya və Herseqovina - 0:0

H qrupu
10 oktyabr
Bolqarıstan - Xorvatiya - 0:1
Qol: Oliç, 36

Malta – Norveç - 0:3
Qollar: Daehli, 22, Kinq, 25; 49
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar