Səhnə geyimlərinə külli miqdarda maliyə ayıran sənətçilərdən biri dəXatirədir. Müğənni "Onlar" verilişinə deyir ki, tamaşaçıların istəkləri günbəgün artır.
"Bir paltarı iki dəfə geyinəndə tamaşaçılar etiraz edirlər. Mənə yazırlar ki, siz bu paltarı nə qədər geyinirsiniz? Hər gün ayrı-ayrı paltar geyinsəm, gərək evimdə geyimlərdən yer olmasın. Bir paltarı heç olmazsa 2-3 dəfə geyinməliyəm".
Xatirə deyir ki, ailə qurmamışdan öncə geyimlərinə çox pul xərcləyərdi, amma övladı dünyaya gələndən sonra qənaət etmək qərarına gəlib.
"İnsan ailəli olandan sonra hər şey başqa cür olur. Övladımın gələcəyini düşünməliyəm. Ola bilər ki, sabah oxumadım. Bu günə kimi getdiyim bahalı dükanlaradan mənə zənglər gəlir. Deyirlər ki, gəlin, Xatirə xanım. Biz sizi gözləyirik axı. Əvvəlki kimi bir ayaqqabıya 2-3 min pul verə bilmərəm".