"Əvvəl və sonra" tipli şəkilləri İnternetdə çox görmüsünüz. Bu cür şəkilləri adətən hansısa arıqlama dərmanının və ya fitnes trenajorunun reklamında istifadə edirlər.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu cür fotolar arasında fərq əslində deyildiyi kimi bir neçə ay deyil. Cəmi 5 dəqiqə sonra çəkilir. Sadəcə fotoya çəkilənlər birinci boş dayanırlar, sonra isə qarın əzələlərini sıxırlar.