63 yaşlı qadın 27 yaşlı gəlini döyüb
Növbətçi Ötən gün Bakının Binəqədi rayonunda qonşu qadınlar arasında əlbəyaxa dava olub.
hadisə Biləcəri qəsəbəsində, Asəf Zeynallı küçəsi 31 ünvanındakı binada baş verib.
Belə ki, dünən saat 21:00 radələrində 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 63 yaşlı Ə.M. üst mərtəbədən yaşayan qonşu qadın 27 yaşlı M.B.-yə hücum edib. Onların arasında davaya isə 4-cü mərətəbədə yaşayan qonşu aşağı su axıtması səbəb olub.
Demə dünən bütün günü 4-cü mətəbədə kirayədə yaşayan ailənin evindən aşağı şırhaşır su buraxıblar. Aşağı qonşuda yaşayan 63 yaşlı Ə.M. və onun xəstə əri 91 yaşlı İ.M. qonşularını evdə tapa bilməyiblər. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilsə də, heç bir nəticə hasil olmayıb. Yalnız axşam saat 19:00-dan sonra dördüncü mərtəbədə yaşayan qonşu evə gəlib.
Bir ilin gəlini olan M.B. üzrxahlıq etsə də, bu qəzəblənmiş qonşuları sakitləşdirməyib. Lakin qonşuların və polisin müdaxiləsindən sonra ara sakitləşib.
Həmin gün axşam saat 21 radələrində Ə.M. gənc qadından yenidən intiqam almaq qərarına gəlib. Bu səbəbdən də, o, qonşusunun qapısını döyüb. Qapı açıldıqda isə 63 yaşlı qadın heç bir söz demədən gənc gəlinin saçından tutaraq döyməyə başlayıb. Səs-küyə qonşular bloka çıxan qonşular birtəhər qadınları sakitləşdirə biliblər. Lakin döyülən 27 İ.M. bir neçə xəsarət aldığı üçün hadisə yerinə təcili yardım həkimləri çağırılıb. Qadına ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, döyülə xanım bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib. Sadəcə həyat yoldaşı bir neçə günlük ezamiyyətdə olduğu üçün şikayət gecikəcək. Lakin əri gələndən sonra İ.M. polisə müraciət edəcək.