Kənan məni ailəyə bağladı sənətdən uzaqlaşdırdı

28-11-2014, 08:40   
Kənan məni ailəyə bağladı sənətdən uzaqlaşdırdı
Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan M.M-in onu sənətdən uzaqlaşdırdığını söyləyib.

"Hələ bu harasıdır" verilişinə qonaq olan sənətçi həyat yoldaşı ilə bağlı açıqlamalar verib:
"Ailə həyatı qurdum. Kənan elə düşündü ki, sənətə həddindən artıq bağlana bilərəm. Olur da insan elə fikirləşir ki, qadın ailədən çox sənətə üstünlük verər.

Ona görə də məni ailəyə bağladı, sənətdən uzaqlaşdırdı. Ailə qurmaq, eyni zamanda da sənətlə məşğul olmaq gözəldir.

Əvvəl daha çətin idi. Amma indi uşaqlar böyüyüb, mənim üçün daha da asanlaşıb. "O səs Türkiyə" müsabiqəsinə qatılanda buradakı sənət dostlarım mənə mesaj yazırdılar ki, "Aygün, toy qiymətin artacaq, indi yarım saat üçün sənə 5 min manat verəcəklər".

Amma mən müsabiqədən sonra bunlara əhəmiyyət vermədim, ailə qurdum".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.