1054-ci ildə bir-birindən ayrılan katolik və pravoslav dünyasının liderləri 960 ildən sonra birləşmək çağırışı edib.
Gözlənildiyi kimi, Türkiyədə səfərdə olan Roma Papası Fransisk İstanbulda Konstantinopol Pravoslav Kilsəsinin hazırki yepiskopu I Varfolomey ilə görüşüb.
I Varfolomey qarşısında əyilən Papa Fransiskin başını öpərək əli ilə oxşayıb.
Dini ayinlərin icrasına qatılan Papa daha sonra hər iki xristian qolunun birləşməsinin vacib olduğunu deyib