Təranə Qumralın qayınanası: “Balamı mənə həsrət qoyub”

1-05-2015, 19:28   

Müğənni Təranə Qumralın “Ay Zaur” verilişində qayınanası Gülbikə xanım barəsində dediyi sözlər cavabsız qalmayıb. Lent.az-la əlaqə saxlayan Musa Musayevin anası gəlini barədə bu sözləri deyib:

“Mən Təranə Qumralı gəlin hesab etmirəm. Çünki onu gəlin gətirməmişəm. Mən Musaya toy edib, gəlin gətirmişdim. Amma o, ailəsini dağıdıb, gedib Təranəni aldı. Mən digər gəlinlərimi çox istəyirəm, Təranəni yox. O, 20 ildir ki, Musa balamı mənə həsrət qoyub. Təranə ilə danışmaram. O, bizim başımıza nələr gətirmədi? Musanı dəli elədi. Məni də cadugər hesab edir. Onu necə gəlin hesab edim? Məni övladıma tamarzı qoyub. Musaya zəng edirəm, imkan vermir ki, oğlumla beş kəlmə söz danışım. Necə qəbul edim o gəlini? Yalan deyir. Mən heç onu görməmişəm, heç görüşməmişəm də”.

Gülbikə xanım daha sonra bu yaxınlarda Musa Musayevlə Təranə Qumralın efirdə özlərinə toy etmələrinə də münasibət bildirib: “O toyda mən iştirak eləmədim. Onlara nifrət elədim. Gözləyib bu yaşlarında özlərinə toy ediblər. Mənim adımı heç yerdə çəkməsin. Mən sakit oturmuşam evimdə. Verilişdə Təranə min hoqqa çıxartdı. Küçədən bir arvad gətirdi ki, bu Musanın anasıdır. Küçədən tutduğu bir qadını verilişdə anası kimi təqdim etdi. Adama deyərlər utanmırsan? Axı sənin anan mənəm. Mən burdayam. Təranə icazə vermir ki, Musa gəlib mənimlə görüşsün. Xahiş edirəm ki, bu dediklərimi yazın. Bilsinlər ki, övladım məndən imtina edib, Təranəni seçdi. Mən onlarla heç vaxt barışmayacam. Musa övladımdır, bəlkə onunla son nəfəsimdə barışaram. Amma Təranə ilə ömrü boyu. Təranə dedi ki, efir vasitəsi ilə əlinizi öpürəm. Mənim əlimdən öpməsin. Getsinlər bir-birlərinin əllərindən öpsünlər. Mənə lazım deyil. İki gəlinim var, ikisi də namuslu, qeyrətli, adıma layiq”.

Qeyd edək ki, müğənni T.Qumral “Ay Zaur” verilişində qaynanası barədə danışaraq, bu sözləri demidşi: “Mən qayınanamın yanına getmişəm, onunla da görüşmüşəm. Efir vasitəsi ilə onun əllərindən öpürəm. O, əsil xanım, ağbirçəkdir. Musa müəllimin qohumlarının hamısı məni çox istəyir. Anası da məni istəyir. İnanın ki, anası məni istədiyi qədər, o biri gəlinləri istəmir. O da bir prinsipə düşüb, sözünü deyib. İnsan var ki, sözünü deyir, geri götürə bilmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar