“Kasıblar olan yerdən uzağam, ayda 400-500 manat qazanan kişi ilə yaşaya bilmərəm. Kişi ayda ən azı 7000-8000 dollar, bəlkə də, daha çox qazanmalıdır”.
Bu fikirlər səhnəyə gələn gündən səsi, ifası və səhnə hərəkətləri ilə fərqlənən müğənni Xumar Qədimovaya məxsusdur.
Onun bu fikri cəmiyyətdə birmənalı qarşılanmayıb, çünki bu günün reallığında Azərbaycan əhalisinin böyük əksəriyyətinin aylıq məvacibi 400-500 manat arasındadır.
Deməli, müğənni bu açıqlaması ilə cəmiyyətin 400-500 manat maaş alan təbəqəsini təhqir edib.
AzNews.az Azərbaycanın bəzi sənət adamlarından bu olaya münasibət öyrənib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Nəvai Mətinin fikrincə, Azərbaycanda halal yolla 7-8 min pulun qazanılması, demək olar ki, mümkün deyil: “Bu baxımdan Xumar Qədimova o sözləri deməklə harama olan simpatiyasını ifadə edib”.
Tərcüməçi-yazar Nadir Qocabəyli hesab edir ki, Xumar Qədimova özü nədirsə, oxuduğu hansı səviyyədədirsə, elə o cür də danışıb: “Manıs təfəkkürlü birindən bundan artıq nəsə gözləməyinə dəyməz. Bu sözləri işlətməklə Xumar həm də öz keçmişinə həqarət edib, çünki mən biləni o, çox kasıb ailədə böyüyüb. Bir də onu demək istəyirəm ki, halal, namuslu, tərbiyəli adamlar da Xumar kimilərilə ailə qurmurlar, heç narahat olmasın”.
Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya Şöbəsinin rəhbəri Firuz Mustafa bu cür adamların suallarına cavab vermək fikri və hövsələsi olmadığını bildirir: “Qoy bu suala Xumar xanımla izdivac yapmaq arzusunda olan kişi cavab versin”.
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bu fikirlərin Xumar Qәdimova aid olmadığını deyir: “Ola bilər ki, bu, hansısa әsәb vә ya hissin mәhsuludur. Yox, әgәr düşünәrәk demiş olsa belә, onda mәn düşünmürәm ki, hansısa özünә hörmәt edәn, ciddi azərbaycanlı qadını vә ya onun hәyat yoldaşı Xumar xanımın fikirlәrini ciddi qәbul elәsin. Çünki bu fikir millәtinә, xalqına, insanlığa sevgisi olmayan adamın fikridir. İnsanlığa hörmәt elәmәmәksә, özünә hörmәtsizlikdәn başlayır. Azәrbaycanın bugünkü reallığını bilәn, dәrk elәyәn adamsa belә sözü ümumiyyәtlә demәmәlidir. Neylәsinlәr, qadınlarımız gedib 7-8 min dollar gәlirli kişi tapsınlar?! Mәnim bütün üğurlarım, cәmiyyәt tәrәfindәn qәbul olunmağım, sevilmәyim elә bir baza, bünövrә üstә qurulub ki, bu bünövrәnin adı ailәdir. Onunsa tәmәl daşını mәn tәk qoymamışam. Nə vaxtsa çörәyә möhtac olduğumuz günlәr olub, amma yoldaşım bunu mәnim başıma vurmayıb. Mәn evdәn çıxanda özümü kişi sanmışam. Evә daxil olanda kasıblığım başıma qaxac olmayıb. Xalqı, millәti tanımaq üçünsә arada villalardan çıxmaq, bahalı maşınlardan düşüb avtobusa, metroya minmәk lazımdır”.