“Eurovision” mahnı yarışmasının rəsmi internet saytı müsabiqədə bu il Azərbaycanı təmsil edəcək Elnur Hüseynovla bağlı 10 maraqlı fakt toplayıb.
Axşam.az-ın məlumatına görə, bu faktlar Elnurun iki həftəlik Avropa turnesi əsasında əldə olunub. Beləliklə, 14 gün ərzində Elnur bunları edib:
1. Amsterdam, Moskva və Riqada “Canavar saatı” adlı “Eurovision” öncəsi partilərdə 3dəfə çıxış edib.
2. 7 ölkəyə səfər edib (Latviya, Macarıstan, Hollandiya, Belçika, Yunanıstan və Rusiya).
3. Televiziya şoularında “Canavar saatı” partilərindən olan reportajlarda və müsahibələrdə 12 dəfə göstərilib.
4. 15 uçuş həyata keçirib.
5. 20-dən çox müsabiqə iştirakçısı ilə görüşüb: Macarıstandan Boggie, Belçikadan Lic Nonnet, Rusiyadan Polina Qaqarina kimi və başqaları
6. Avropa kanalları, radio və rəqəmli kütləvi informasiya vasitələrinə 50-dən çox müsahibə verib.
7. Fanatlarına 100-dən çox avtoqraf verib.
8. 40 stəkandan çox kofe içib.
9. Selfiləri çıxmaq şərtilə, 2500-dən çox şəkil çəkdirib.
10. Küçədə 17 pişik və itlə qarşılaşıb.
Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Yarışma ötən ilin qalib ölkəsi olan Avstriyada baş tutacaq.