Bagiranın ölüm xəbəri yenə yalan çıxdı- FOTO

19-05-2015, 14:12   

Prodüser Mikayıl Hüseynov müğənni Bagiranın ölüm xəbərinin yalan olduğunu deyib.

Axşam.az-a açıqlama verən Mikayıl yaydığı yalan xəbər üçün ifaçıdan və ailəsindən üzr istəyib:

“Bu xəbəri mənə Türkiyədə yaşayan yaxın bir dostum demişdi. Sosial şəbəkədə bunla bağlı status yazdım. Bir vaxtlar onun mətbuat işləri ilə məşğul olmuşam. Mənə çox yaxşılıqlar edib. Həqiqətən pis olmuşdum. Bir neçə saat əvvəl Bagiranın özü mənimlə əlaqə saxladı və sağ olduğunu bildirdi. Hazırda ailəsi ilə birlikdə Türkiyədədir. Ona və ailəsinə belə bir narahatçılıq yaşatdığım üçün üzr istəyirəm”.

Qeyd edək ki, bundan əvvəl də ifaçının ölüm xəbəri yayılmışdı.










Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar