ABŞ kəşfiyyatı uzun illər ərzində Almaniya xarici işlər nazirlərini dinləyib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vikiliks” saytı yayıb. Saytın məlumatına görə, izlənilənlər sırasında ən mühüm yeri Almaniyanın 1998-2005-ci illər xarici işlər naziri olmuş Yoşka Fişer tutub. Bundan başqa saytın yaydığı materiallar sırasında Frank-Valter Ştaynmayerin dinlənilməsinə aid sənədlər də olub. Yayılan sənədlər dinləmələrin daha çox 2005-2009-cu illər arasında aparıldığını sübuta yetirir.