Meyxanaçı vaxtilə övladlarına aliment verməkdən imtina edibmiş…
Oktyabrın 12-də özünə dəbdəbəli toy çaldıran meyxanaçı Namiq Qaraçuxurlu haqqında moderator.az – a maraqlı məlumat daxil olub.
Sən demə, meyxanaçının birinci nikahdan olan övladlarına aliment tələbi ilə məhkəməyə üz tutan keçmiş həyat yoldaşı Solmaz Şükürovanın iddiasını məhkəmə tutarlı səbəb göstərmədən təmin etməyib.
Bununla bağlı Moderator.az-a məlumat verən tanınmış vəkil Bəhruz Bayramovun sözlərinə görə 2012-ci ildə Suraxanı rayon Məhkəməsində baş tutan çəkişmədə iddiaçı Solmaz Şükürovanın vəkili olub. Namiqlə hələ 7 il ondan əvvəl – 2005-ci ilin dekabrında boşanan Solmaz xanım qanunları dəqiq bilmədiyinə görə ilkin məhkəmədə boşanma zamanı aliment tələbindən imtina edib. Maraqlıdır ki, məhkəmə də bu tələbi təmin edib. Baxmayaraq ki, məhkəmə belə bir tələbi təmin etməməli idi. Amma övladlarının saxlanılmasından maddi sıxıntı çəkən Solmaz xanım 7 il sonra aliment üçün məhkəməyə müraciət etsə də Suraxanı Rayon məhkəməsinin hakimi iddia tələbini təmin etməyib.
B. Bayramovun sözlərinə görə Namiq Qaraçuxurlu özü prosesdə iştirak etmədiyindən onu nümayəndəsi təmsil edib və o müvəkkilinin iki övladına aliment vermək iqtidarında olmadığını bildirib, hakim də meyxanaçının istədiyi qətnaməni qəbul edib. Meyxanaçının prosesdə iştirak edən Ülvi və Ümid adlı oğlanlarının da sözlərindən belə çıxıb ki, ataları onlardan demək olar ki, imtina etdiyindən ancaq televiziya vasitəsilə görə bilirlər və üzərlərində atalarının heç bir qayğısı yoxdur.
Bəhruz Bayramovun sözlərinə görə, Suraxanı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyiblər. İddiaçı Solmaz Şükürovanın istəyinə görə belə bir addım atılıb. Amma iddiaçı imtinanın səbəbi barədə vəkilə məlumat verməyib.Yenilik.Az