"Azeurotel" rabitə operatoru barədə anaxeber.info-a maraqlı məlumatlar daxil olub. Bildirilir ki, "Azeurotel" Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin hazırda həbsdə olan keçmiş rəhbəri Beytulla Hüseynovun qaranlıq işlərinə şərik olub. İddialara görə, “AzEuroTel” rabitə operatoru maxinasiya fəaliyyətində bir qanad olub. Şirkət “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin həbsdə olan keçmiş rəisi Beytulla Hüseynovun əməllərinə şərik imiş. Məlumata görə, Beytulla Hüseynov məhz “AzEuroTel” vasitəsi ilə milyonlar mənimsəyib. Eyni zamanda BTRİB-dən axan qaranlıq vəsaitlər də bu şirkətin balansına köçürülübmüş. Bildirilir ki, B.Hüseynovun alternativ büdcə və bank kassası kimi baxdığı “AzEuroTel”də gedən gizli hesab əməliyyatları hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.Bildirilir ki, MTN işi ilə əlaqədar tutulan B.Hüseynovun qandallanması şirkətin fəaliyyətini təhlükəyə atış oldu. Hətta işiə xitam veriləcəyi də gözlənilirdi. Mənbə iddia edir ki, aparılan araşdırmalardan sonra şirkət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmən tabeçiliyinə keçib. Bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Məlumata əsasən, son illərdə operatorun maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər olub, kənar təşkilatlara külli miqdarda borclar yaranıb, müəssisənin investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatmayıb. Nazirlik bu faktları rəsmi şəkildə açıqlayırsa, əlavə şərhə lüzum qalmır.Nazirlik bununla şirkətin B.Hüseynovun hesabına qanunsuz işlərə əl atdığını nəzərə çatdırıb. "AzEuroTel" BM-in xarici təsisçisi "Lukoyl-Evropa Ltd" şirkətinin ləğv edildiyi və "AzEvroTel" BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınıb. BTRİB-dən daxil olan milyonların sərfiyyatında isə gizlinlər var.
Nazirlik müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə onun təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində "Azeurotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib. AzEuroTel" BM-in Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabir Rəsulov təyin edilib.