Aynur İmranova, Meydan TV
Azərbaycanda məmurların bizneslə məşğul olması qanunvericiliklə qadağan olması hər kəsə məlumdur. Elə bu səbəbdən də məmurların bir çoxu öz bizneslərini başqa şəxslərin adına rəsmiləşdirir. Bəzən bu onların qohumları, yaxınları olur, bəzən tamamilə yad bir şəxs, bəzən isə hər ikisi. Biz o şəsxlərə “proxy” deyirik – məmurların biznesini idarə edən üçüncü şəxslər. Ölkədə çox tanınmış və böyük biznes şəbəkəsinə malik iş adam larından biridə Əhədpur Xangah Mənuçehrdir. Mançehrin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesini idarə etməsi ilə bağlı Vikileaks saytında və bir sıra beynəlxalq media orqanlarına yazılmış məqalələr və iddialar var Bizdı bu gün bu iddialarla bağlı faktları araşdırmaq qərarına gəldik. Həqiqətənmi Manuçehr Əhədpur Kəmaləddin Heydərovun gizli iş ortağıdır? Bu və ya digər suallar barədə aşağıda daha ətraflı….
Lap əvvəldən başlasaq, dostlarının anlatdığına görə, ilk dəfə 1990-cı illərin əvvəllərində Bakıya gələn kiçik sahibkar Əhədpur Kəmaləddin Heydərovla tanış olur. Əvvəlcə ondan Azərbaycanda biznesinin qurulması üçün yardım istəyən Əhədpurla Heydərov münasibətləri tez bir zamanda möhkəmlənir və ikincinin təklifi ilə bu, ortaq biznesə çevrilir. Hazırda Əhədpur imperiyasını həm də ailə biznesi adlandırmaq olar. Çünki bu çoxşaxəli biznes imperiyasına Əhədpurun ailə üzvləri ilə yanaşı, Heydərovun keçmiş qudası Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin də payı olması ilə bağlı iddialar var.
Deyilənə görə bu imperiyanın ən güclənən dövrü isə Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr işlədiyi dövr olub.
Azərbaycan oxucusu ilk dəfə Əhədpur Xangah Mənuçehr adını Wekaleaks açıqlananda eşidib. Kəmaləddin Heydərovun oğlanları 20 milyon dollarlıq “Gulfstream” almaq istəyib və buna görə də adıçəkilən şirkətə müraciət edib. Müraciətdə göstərilir ki, “Gulfstream” təyyarəsi üçün ödəniş və sahiblik haqqı “Al-Sahra Shams FSCO” şirkəti (hansı ki sənəddə qeyd olunur ki, Dubayda Taleh və Nicat Heydərovların adına qeydiyyatdadır) və cənab Manuçöhr Əhədpur Xangah arasında, hər birinə 50 faiz olmaqla bölünəcək. Əldə etdiyimiz ilk fakt isə “Al-Sahra Shams FSCO” şirkəti haqqında oldu. Şirkətin əlaqə üzrə məsul şəxs Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur göstərilirdi. Yəni sadəcə idaredicisi kimi. Bundan əlavə Dubayda və ABŞ-ın San Diyeqo şəhərində də Behzad Əhədpurun adına rəsmiləşmiş şirkətləri var.
Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur
Azərbaycandakı şirkətlər şəbəkəsinə isə əsasən oğlu Poya nəzarət edir.
Qayıdaq oğul Heydərovların “Gulfstream” almaqla bağlı müraciətinə. “Gulfstream” şirkəti Heydərovlara mal varlıqları və belə bir təyyarə almağa onlara imkan verən maddi resursların qanuni mənbəyi ilə bağlı sorğu göndərib. Heydərov ailəsi sorğuya cavab olaraq təqdim etdiyi mal varlığı ilə bağlı sənəd Wikileaks-də yer alıb. Bu məlumata əsasən, ailə həmçinin “AİRBUS319” tipli korporativ təyyarəyə da sahibdir. Sənədə əsasən, Heydərovlar ölkədə konservləşdirmə, şirələr, tikinti materialları, beton, asfalt, kimyəvi məhsulların istehsalı, kərpic sexləri, parça biznesi, CD və DVD istehaslı, süd məhsulları istehsalı, turizm, gips və dəri məlumatları istehsalı, kənd təsərrüfatı sahəsində, pianino, alkoqol, ətriyyat istehsalı, bank işi, sığorta daxil olmaqla yüzlərlə şirkətə sahibdilər. Əlbəttə biz bunların yalnız bəzilərini bilirik, bu Azərbaycan oxucusu üçün sirr deyil.
Manuçöhr Əhədpurun oğlu Poya Əhədpur
Çünki ölkədə “İmperator” ləqəbli Kəmaləddin Heydərovun biznes imperiyasına məxsus 235 şirkətin və qurumun adı da bir müddət əvvəl ölkə saytlarını bəzəyirdi.
“Qafqaz”, “Gilan”, “Jalə”, “Abşeron” kimi böyük brend adlarını sadalayanda yada məhz fövqəladə halları naziri düşür. Amma bugünə qədər bu şirkətlərin sırasında Əhədpurun şirkətləri göstərilmirdi. Məqsədimiz Heydərovun biznes imperiyasının yaxşı gizlədilən bu üzü haqda danışmaqdır.
Xüsusi qeyd eləmək istəyirəm ki, “Gulfstream”e təqdim olunan sənəddə həm İran, həm də Azərbaycan vətəndaşı kimi göstərilən (o vaxtı ikili vətəndaşlıq qadağan olunmamışdı hələ, hazırkı vətəndaşlıq vəziyyətini müəyyənləşdirə bilmədik) Manucöhr Əhədpur nə özü, nə ailəsi kasıb olmayıblar. Amma ölkəyə kiçik sahibkarlıq üçün gələn iranlı biznesmen gücünü qeyd elədiyimiz kimi məhz Heydərovdan alıb.
Onun Azərbaycanda müəyyən edə bildiyimiz şirkətləri:
“SEMA” MMC
“AZDƏMİR LTD” MMC
“AHAD PARFUMERY MMC
“AZ EDU LTD” MMC
“AZALKO” MMC
“AZTURBİNE ENERGY CO LTD” MMC
“AZ AERO TECH CO LTD” MMC
“AZTİKİNTİYOL” MMC
“AZ TİKİNTİ KO LTD” MMC
Kommersiya qurumunun adı: “SEMA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302716041
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət<
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55
Nizamnamə kapitalı: 100 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏLİYEVA SƏBİNƏ CAMALƏDDİNOVNA
Təsisçilər (kommanditçilər): AHADPOUR KHANGHAH POUYA MANOUCHEHR (İran İslam Respublikası), AHADPOUR KHANGHAH PASHA MANOUCHEHR (İran İslam Respublikası), ƏLİYEVA SƏBİNƏ CAMALƏDDİNOVNA
Dövlət qeydiyyatına alındığı tarix: 24 Noyabr 2011
Kommersiya qurumunun adı: “AZDƏMİR LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1301766541
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYIL MÜŞFİQ ev.12, MƏHƏLLƏ 500 m.34
Nizamnamə kapitalı: 200 manat; 10 Pay
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): İSMAYILOV HİKMƏT ƏBUZƏR OĞLU
Kommersiya qurumunun adı: “AHAD PARFUMERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302758111
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 23 Yanvar 2012.
Kommersiya qurumunun adı: “AZFRUİTTİ CO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302892931
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏH.468-469 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 8 May 2012.
Kommersiya qurumunun adı: “AZ EDU LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302877781
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 24 Aprel 2012.
Kommersiya qurumunun adı: “AZALKO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302866771
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏH.468-469 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 16 Aprel 2012.
Kommersiya qurumunun adı: “AZTURBİNE ENERGY CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302806401
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 28 Fevral 2012.
Kommersiya qurumunun adı: “AZ AERO TECH CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302798861
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55
Nizamnamə kapitalı: 200 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 23 Fevral 2012.
Kommersiya qurumunun adı: “AZTİKİNTİYOL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1302178541
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.43
Nizamnamə kapitalı: 100 manat
Maliyyə ili: 01 Yanvar – 31 Dekabr
Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU
Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU, AZ TİKİNTİ KO LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Dövlət qeydiyyatına alındığı tarix: 29 Mart 2010.
Kommersiya qurumunun adı: “AZ TİKİNTİ KO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1301214821
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYIL MÜŞFİQ, ev 12, m. 34
Nizamnamə kapitalı: 200.00 AZN
Maliyyə ili: 01.01 – 31.12
Qanuni təmsilçi: MƏNUÇEHR ƏHƏDPUR XANGAH ƏLİ OĞLU
Dövlət qeydiyyatına alındığı tarix: 07.11.2006
Amma bu tam siyahı deyil, çünki sadəcə 2006-2012-ci illəri əhatə edir. Amma Əhədpur 20 ildən çoxdur Azərbaycanda biznes qurub. O 20 illik dövrdə açdığı şirkətlərin siyahısın müəyyənləşdirmək üçün isə Azərbaycanda şəffaf sistem mövcud deyil.
Əhədpurun şirkət ortaqlarından biri də İsmayilov Hikmət Əbuzər oğludur. Biz adı çəkilən şəxsə “Bank of Baku”nun səhmdarları arasında rast gəldik, hansı ki, iştirak payı 21 faizdir. Eyni zamanda İsmayılov “Azsığorta” Açıq tipli Səhmdar Cəmiyyətinin səhmdarıdır, iştirak payı 100 faizdir. Yuxarıdan da göründüyü kimi, AZ brendli şirkətlərin əksəriyyəti Əhədpura aid şirkətlərdir, bu səbəbdən də adıçəkilən şirkətlərind də Əhədpura aid edilməsi istisna edilmir.