"Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov nədən hələ də sədr ola bilmir? - ŞOK İDDİA

16-11-2015, 10:22   
"Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov nədən hələ də sədr ola bilmir? - ŞOK İDDİA
anaxeber.info: - Xatırlayırsınızsa, hələ bu ilin fevral ayında orezidentin sərəncamı ilə "Azəryolservis" ASC-nin sədri postunu tutan Cavid Qurbanov vəzifəsindən azad edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olundu. Cavid Qurbanovun əvvəlki vəzifəsi isə Saleh Məmmədova həvalə olundu.

Amma aradan az qala bir ilə yaxın vaxtın keçməsinə baxmayaraq Saleh Məmmədov hələ də əvəzedici kimi çıxış etdiyi vəzifədə yerini rəsmiləşdirə bilməyib. anaxeber.info-a daxil olan informasiyalardan aydın olur ki, bu səbəbsiz deyilmiş.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saleh Məmmədovun əvvəlki "qayğısız" həyatı və ona qarşı kompramat xarakterli faktların həddən-ziyadə olması bu durumda sədr əvəzinin sədr kimi təsdiqlənməsini əngəlləyir.

Mənbənin anaxeber.info-a söylədikləri: "Saleh Məmmədov dünənə qədər kef məclislərinə meyilli bir fiqur kimi tanınıb. Hətta bunu sübutlayan dəlillər əksər ünvanlar tərəfindən "yuxarılara" da təqdim olunub. Belə bir şəraitdə barəsində fərqli xarakterli materialların ictimailəşəcəyi mümkün olan Saleh Məmmədovun mövqeyinin rəsmiləşməsi də imkansıza çevrilir".

Onu da bildirək ki, mənbə anaxeber.info Saleh Məmmədovun Dubayda iştirak etdiyi kef məclislərindən birinin rəsmini təqdim edib. Lakin etik normalara uyğun olmadığından biz həmin fotonu ictimailəşdirmirik.

Görünür, bu normalar Saleh Məmmədovla bağlı qərarın verilməsini də əngəlləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar