Uzaq tarix deyil. 2013-cü ildə Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonunda başlanan gözlənilməz iğtişaş ən yeni tariximizin mühüm səhəfələrindəndir. Məlum hadisələrin başvermə səbəbi, nəticələri haqda demək olar ki, hər kəs məlumatlıdır, odur ki, hamıya bəlli olan faktları yenidən xatırlatmaq niyyətindən uzağıq. Məqsədimiz İsmayıllı hadisələrindən çıxarılmalı olan dərslərlə bağlı fikirlərimizi bölüşməkdir.
İsmayıllı hadisələrindən çıxan dərslərdən ən mühümü odur ki, məmur xalqla yanaşı olmayanda, xalqla özü arasında süni sərhədlər ucaldanda bu kimi neqativ mənzərələr ortaya çıxır. Məhz həmin vaxt İsmayıllıda xalqla icra başçısı arasında dibigörünməz uçurum yaranmış, həmin uçurum isə elə həmin icra başçısının özünü “udmuşdu”.
Məlum olaylardan cəmi bir neçə gün sonra İsmayıllı rayonu icra başçısı postuna təyinat almış Mirdamət Sadıqov isə başqa bir həqiqəti isbatladı. Həmin gərgin sitiuasiyada prezident İlham Əliyev İsmayıllı rayonunu məhz ona etibar etmiş, onun çiyinlərinə məsuliyyətli bir vəzifə qoymuşdu. Bütün nəzərlər Mirdamət Sadıqovda idi: Bəzilərinin “qan çanağı” adlandırdığı İsmayıllıda onun hər addımı izlənilir, dediyi hər kəlmə müzakirələrə səbəb olurdu. Amma elə ilk ongünlükdə hər kəs dilə gətirməsə də ürəyində bu sözləri səsləndirdi: “O bacaracaq!”.
Bəli, o bacardı. Həm ölkə başçısının yüksək etimadına layiq olduğunu, həm də bəzi dairələrin İsmayıllı sakinləri barədə formalaşdırmaq istədikləri mənfi obrazı yox etməyi bacardı.
Bu gün İsmayıllı rayonu məhz Mirdamət Sadıqovun gərgin fəaliyyəti sayəsində Azərbaycanımızın ən qabaqcıl və inkişaf etmiş rayonlarından birinə çevrilib. Rayonda yeni-yeni iş yerləri açılır, sahibkarlar üçün görünməmiş fəaliyyət imkanları yaradılıb. Adam heç cür inanmaq istəmir ki, hazırda sakit və firavan günlərini yaşayan İsmayıllıda iki il öncə güllə səsləri eşidilir, park və xiyabanlara çevrilən bu küçələrdə tanklar şütüyürdü.
İndi nə güllə səsi var, nə də tanklar. Bu arzulanan və ürəkləri fərəhlə dolduran mənzərənin müəlliflərindən biri isə İsmayıllını hər zaman zirvələrdə görmək istəyən Mirdamət Sadıqovdur. O Mirdamət Sadıqov ki, İsmayıllıda güllələrin və tankların belə bacarmadığını reallaşdırdı.
anaxeber.info