Məlumata görə, Tale Bağırzadənin tərəfdarlarının axtarışları Nardaran sərhədlərini aşaraq digər Bakı kəndlərini əhatə etməyə başlayıb.
Belə ki, əldə etdiyimiz məlumata görə, dekabrın 1- də saat 00. 10 radələrində xüsusi təyinatlı polis dəstəsi Binəqədi kəndində Ələkbərov küçəsi ev 18 b – də əməliyyat keçirərək Taleh Bağırzadənin yaxın adamlarından hesab olunan Axundov Elgün Ənvər oğlunu yaşadığı evdə həbs edib.
Əslən Masallı rayonundan olan Elgün Axundovun evindən əl qumbarası və xeyli sayda avtomat patronu götürüldüyü deyilir.
Sabah Elgün Axundovla bağlı bir neçə aylıq həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
(moderator.az)