Post rəisinin “qara kassa”sına kim nəzarət edir?

17-12-2015, 07:18   

Hikmət Qafarovun əsas adamı “SHACHMAN”lara qənim kəsilib

Göytəpə postunda özbaşınalıqlarla bağlı narazılıqlar bitmək bilmir. Məlumatlara görə, adıçəkilən postda “Məharət” dərəcəsiylə ucalaraq, “Usta” adı alanlar, elə post rəisi Hikmət Qafarovun pul kisəsinə çevriliblər.

BTV.AZ-a müraciət edənlərin əksər hissəsinin də narazılığı “Məharət” dərəcəsi alanlardandır. Belə ki, 30-a yaxın işçisi olan postun əməkdaşlarının 19 nəfəri həmin dərəcədən yararlanırlar.

Qeyd edək ki, alınan məvacibdən ələvə 70 manat pul alan bu şəxslər Qafarovun gəlir yeri də hesab edilir. Əslində, polis nəfərləri ali xidmətlərinə və fədakarlıq göstərdiklərinə görə həmin pulu ala bilər. Göytəpə postunda isə nə ali xidmətdən, nə də fədakar xidmətlərdən danışmağa dəyər. Xidmətdə nümunə olan işçilər var ki, onlarda ya işdən çıxarılıb, ya da dəfələrlə töhmət verilib. Çünki cənab Qafarovun cibinə yaxın olmayanların başlarına belə qəzalar gətirilə bilər.

Daxil olan məlumatlarda o da deyilir ki, Hikmət Qafarovun tez bir zamanda mayor rütbəsi alması da bəzi qaranlıq məqamlardan xəbər verir. Mənbə bildirir ki, illərdir baş leytenant olan post rəisi necə ola bildi ki, ildə 3-4 dəfə töhmət alan işçiləri olan halda, ani şəkildə mayor rütbəsinə yüksəldi?

BTV.AZ-a daxil olan bir digər məlumatlarda vurğulanır Hikmət Qafarovun işçisi Vüqar Mehdiyev “SHACHMAN”lara qənim kəsilib. O postdan gəlib keçən bütün “SHACHMAN”sürücülərinə aylıq hesab alır. “Rəisin “qara kassir”i adlanan Vüqar Mehdiyev dəfələrlə töhmət almağına baxmayaraq Qafarovun güvəndiyi tək kişi hesab edilir”.

O da qeyd olunur ki, Hikmət Qafarovun postda elədiyi özbaşınalıqları və rüşvət hallarını gizlədən BDYPİ-nin qərərgah rəisi Əli Ağalıyev ondan dostluğunu əsirgəmir. Lakin bu məsələnin də başqa tərəflərinin olduğu istisna edilmir.

Bildirilir ki, hazırda istifadədə olan Göytəpə Postunun binası digər maraqlı və ilginc məqamlarla dolu maliyyə imkanları hesabına başa gəlib. Hərçənd bu məsələnin içində gizlənmiş bir başqa amil daha var. O da bütün postlarda, o cümlədən Göytəpə Postunda qara şüşəli plastik pəncərə sexlərinin fəaliyyəti ilə bağlıdır. Daxil olan məlumatlara görə, həmin sexlərin hamısı bir polkovnikə məxsusdur. Və Hikmət Qafarovun da onunla ciddi münasibətləri var.

Araşdırmalar davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar