"XİN-nin MTN-in cinayətkar şəbəkəsi ilə əlbir olub hansı hoqqalardan çıxması..." - Sabiq əməkdaşdan ŞOK İTTİHAMLAR

17-12-2015, 12:15   

"XİN-nin MTN-in cinayətkar şəbəkəsi ilə əlbir olub hansı hoqqalardan çıxması..." - Sabiq əməkdaşdan ŞOK İTTİHAMLAR

"XİN-nin MTN-in cinayətkar şəbəkəsi ilə əlbir olub hansı hoqqalardan çıxması..."
Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov Moderator.az-a müraciət edib.

Müraciəti təqdim edirik:

"XİN artıq açıq şəkil almış özünə cılızlıq və absurdluqla Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya əməllərini ifşa etdiyimə görə diplomatik xidmətdən məhrum olunmağım haqqında məlumatı mətbuata ötürdü. Hesab edirəm ki, qanunsuzluğa, dövlət vəsaitinin mənimsənilməsinə qarşı çıxdığıma görə mənə qarşı XİN rəhbərliyi tərəfindən atılan bu addımlar kimin haqq, kimin nahaq olduğunu tam aydınlığı ilə göstərir.

Korrupsiyaya, ədalətsizliyə qarşı etirazımın müqabilində daim natəmiz əməllər çirkabında olanlar tərəfindən diplomatik rütbədən məhrum edilməyimi də özüm üçün elə ən böyük rütbə hesab edirəm. Əminəm ki, ədalətsizlik edənlər gec ya tez buna görə qanun qarşısında cavab verməli olacaqlar.

"XİN-nin MTN-in cinayətkar şəbəkəsi ilə əlbir olub hansı hoqqalardan çıxması..."

İnanıram ki, qanunsuzluq, ədalətsizlik və saxtakarlıq bataqlığına dərindən batmış XİN - in - ölkənin bu vacib strateji qurumunun necə korrupsiyalaşmış və qeyri-effektiv vəziyyətdə olması, korrupsiyanın bütün növlərinin (nepotizm-qohumluğa görə vəzifyə təyinat, kronizm - dostluğa görə vəzifəyə təyin olunma, favoritizm - kiminləsə yaxınlığa görə, subyektiv rəylə vəzifədə irəli çəkilmə) tüğyan etməsi, birbaşa E.Məmmədyarovun XİN - in maddi-təsərrüfat bazasından öz şəxsi məqsədilə istifadəsi, onun nəyin müqabiləndə səfir vəzifələri üçün təqdimat verməsi, "Diplomatik xidmət haqqında qanunu" sistematik pozaraq hansı qanunsuz əmrlər imzalaması, XİN daxilində rüşvət mexanizminin kimlər tərəfindən və necə yaradılması, XİN-in cənab prezident tərəfindən haqlı olaraq tarixin arxivinə atılmış keçmiş MTN-in cinayətkar şəbəkəsi ilə əlbir olub hansı hoqqalardan çıxması, Avstraliyadakı səfirlikdən başqa digər diplomatik nümayəndəliklərdə də hansı qanunsuz əməllərin, mənimsəmələrin, qanunsuzluqların baş verməsi, kriminal əməllər törətmiş və kriminal elementlərlə əlaqələri olan şəxslərin diplomatik vəzifələrdə olması və digər bu kimi saysız-hesabsız qanunsuzluqların lazımi vaxtda detallı şəkildə ifşası ilə XİN rəhbərliyində kök salmış bu korrupsioner və cinayətkar dəstə də qanun və ədalət qarşısında cavab verməli olacaq.

Düşünürəm ki, bütün bunların cənab prezidentə düzgün məruzə edilməsi sadəcə zaman məsələsidir və kimlərin hansı rütbəyə layiq olub-olmaması həmin vaxt bilinəcək.

Anar Həsənov

17 dekabr, 2015".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar