CƏLİLABADDA CAVİD ƏSGƏROV MACƏRALARI

18-12-2015, 22:25   


Cəlilabad Olimpiya Kompleksindən ilginc məlumatlar daxil olub.

Məlumatda deyilir ki, Colins şirkətinin 40-a yaxın əməkdaşı hazırda Kompleksin otelində yaşayır. Bu da vergidən yayınmaya səbəb olur və nəticədə dövlətə 100 min manatlarla ziyan dəyir.Mənbə bildirir ki, toplanan bütün pulların haqq-hesab işini Olimpiya Kompleksinin müdiri Cavid Əsgərovun atası Həmdulla kişi görür. Onun “əməlləri” bununla tamamlanmır. Ağsaçlı bu kişinin otelə qədim peşə sahibi olan qadınların gəlməsinıə göz yumduğu iddia olunur.
Hətta, Həmdulla kişinin özünündə bəzən qocalıqda yorğalıq etdiyi iddia olunur.
Cavid Əsgərov milli mətbuatımızın “sevimli” personalarından biridir. Onun qanunsuz əməllərilə bağlı təkcə bu il ərzində xeyli sayda informasiyalar internet resurslarında yer alıb. Artıq oxucuların əksəriyyəti “Cavid müəllim niyə kompleksə işçi götürə bilmir? O, kompleksdə işləyən qohum-əqrəbasından necə istifadə edir? Onun deputatlıq sevdası hardan qaynaqlanır? Həm yerli, həm mərkəzi rəhbərlik niyə ondan razıdır? Doğrudanmı, o, Brus Linin xələfidir? Cavid müəllim hansı idman növünün bilicisidir?” kimi sualların cavablarını çox yaxşı bilir.Çoxlarına məlumdur ki, ömrü boyu Əli Kərimli və İsa Qəmbərə sitayiş edən Cavid Əsgərov bu il seçki marafonuna qoşulmuşdu. Bu da onun yeni böyük iştahından xəbər verirdi. Maraqlıdır ki, seçkiyə YAP-ın layiqli namizədi kimi qoşulan Cavid Əsgərov nədənsə öz vəzifəsindən istefa verməmişdi.
Bu şəxs dövlətə milyonlarla vəsaitə başa gələn idman kompleksini bir növ özəlləşdirib. Görəsən, bir neçə partiya dəyişən bu məmurun kim olduğunu Gənclər və İdman Nazirliyi niyə bilmir?.2-ci qrup əlil hesab edilən və qara kəmər sahibi olan Cavid Əsgərova müəlliminin “Cavid Li” adı verməsi də rayonda gülüş mənbəyinə çevrilib. Bir çox məclislərdə özünü nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı hesab edən “Brus Li” “əməkdar idman ustası” adına da layiq görülüb.
Hərbi xidmətdən yayınan bu “cəsur oğlan” orta məktəbdə müəllim işləyərkən YAP üzvü olmaqdan imtina edib, vəzifəyə keçməzdən bir neçə gün öncə isə YAP-a üzv olub.Cibində İsa Qəmbərin, Əli Kərimlinin şəklini gəzdirən Cavid Əsgərov Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, İsa Qəmbər, Əli Kərimli sevdasından görəsən niyə əl çəkmir?\azərbaycaninfo\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar