Şəmkirin icra başçısı geriyə... Bakıya çağrılır - Fazil Məmmədov onu yenə də qoruyur...

21-12-2015, 13:29   
Şəmkirin icra başçısı geriyə... Bakıya çağrılır - Fazil Məmmədov onu yenə də qoruyur...
Vergi sistemindən Şəmkir rayon icra hakimiyyətinin (RİH) başçısı postuna təyinat alan Alimpaşa Məmmədov görəv başına keçdikdən sonra heç də işinin öhdəsindən layiqincə gələn kadr kimi xarakterizə olunmadı.

Onun rəhbərlik etdiyi rayonda əvvəldən də narazılıq yox deyildi, amma Alimpaşa Məmmədovun gəlişi bu kimi şikayətləri daha da artırdı. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu da "yuxarıları" müdaxilə etməyə vadar edib.

Mənbənin söylədikləri: "Vergilər naziri Fazil Məmmədov üşün dəyərli fiqur olan Alimpaşa Məmmədovun RİH başçısı postunda qalıb-qalmaması müzakirə predmetinə çevrildiyindən nazir də işə qarışmalı olub".

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, gələn ilin ilk günlərində Alimpaşa Məmmədov vəzifəsindən azad ediləcək: "Onun yenidən Bakıda vəzifəyə gətirilməsi də gözlənilir. Fazil Məmmədov adamına daha bir şansın verilməsinə nail olub. Hələlik hansı posta... bilnmir. Bilinəni odur ki, Alimpaşa Məmmədov artıq Şəmkiri idarə etməyəcək".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar