HÖKUMƏT 3 MİLYON İNSANA BİRBAŞA ZƏRBƏ VURDU! – Gəlirləri 60-70 faiz azalanlar…

23-12-2015, 08:06   
HÖKUMƏT 3 MİLYON İNSANA BİRBAŞA ZƏRBƏ VURDU! – Gəlirləri 60-70 faiz azalanlar…


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçməklə bağlı qərar qəbul edərək, manatı ABŞ dollarına qarşı kəskin ucuzlaşdırması ölkədə ciddi sosial gərginliyə səbəb olub. Bir gecədə manatın əsas xarici valyutalara nisbətdə təxminən 50 faiz ucuzlaşdırılması (Son bir ildə isə 100 faiz) sözün həqiqi mənasında şok effekti verib.
Ona görə yox ki, heç kim manatın bu qədər kəskin ucuzlaşacağını gözləmirdi. Düzdür, dünyada gedən proseslər, neftin qiymətinin düşməsi, valyuta ehtiyatının sürətlə tükənməsi, məmurların milyardlarla vəsaiti dollara çevirərək ölkədən çıxarması manatın kursunu saxlamağı mümkünsüz edirdi. Devalvasiya qaçılmaz idi.

Bununla belə, fevral ayındakı devalvasiyadan sonra hökumətin manatı birdən-birə 50 faiz ucuzlaşdıracağını heç kim gözləmirdi. Bu qərarın yeni ildən qabaq veriləcəyi isə, ümumiyyətlə proqnozlaşdırılmırdı. Bunun bir səbəbi də Mərkəzi Bankın cəmi bir neçə gün əvvəl manatın yaxınlarda dəyərini itirməyəcəyini bəyan etməsi idi.
dollar baki (8)Belə ki, devalvasiya ilə bağlı qərardan cəmi 4 gün öncə Mərkəzi Bankın nümayəndəsi manatın ucuzlaşdırılmasına hər hansı hazırlığın getmədiyini bəyan etmişdi. Həm də bunu Amerika Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini mərhələli şəkildə qaldırmaq barədə qərarını élan etməsindən sonra açıqlamışdı.

17 dekabrda APA–ya bankın adının çəkilməsini istəməyən rəsmisi bildirdi ki, FES-in qərarı manata təsirsiz ötüşməyəcək. Ancaq bunun ardınca Mərkəzi Bank təkzib yayaraq bildirdi: “ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qərarının manatın ABŞ dollarına qarşı məzənnəsinə təsirinə dair Mərkəzi Bank hər hansı rəsmi açıqlama verməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.

Yəni, qısası Mərkəzi Bank rəhbərliyi fevral ayındakı devalvasiya öncəsi olduğu kimi, bu dəfə də xalqın başının altına “yastıq” qoyaraq öz işini gördü. Əhalini sözün burbaşa mənasında aldatdı.

ElmanƏlbəttə, deyə bilərsiz ki, günah Mərkəzi Bankın açıqlamalarını ciddiyə alanların özündədir. Fevralda az qala and içib mantın ucuzlaşmayacağını deyən Elman Rüstəmov cəmi 2 gün sonra başqa qərar verdiyi halda, niyə ona yenidən inanırdıq?

Ancaq əvvala, Elman Rüstəmov Azərbaycan hökumətini təmsil edir, onun adından qərarlar verir. Əhalinin bu cür aldadılması isə hökuməti etibarsızlaşdırır.

İkincisi, Mərkəzi Banka və ya Elman Rüstəmova kimlərinsə inanıb-inanmaması məsələnin mahiyyətini dəyişmir. Onsuz da əhalinin böyük hissəsinin ehtiyatında pul vəsaiti yoxdur ki, devalvasıyanı əvvəlcədən görüb, əlindəki pulu dollara çevirsin. Belələrinin sayı 20-25 faiz ola, ya olmaya.

Ölkə vətəndaşlarının 70-75 faizi əldə etdiyi aylıq gəlirlərlə yaşamını təmin edir. İlin əvvəlindən manatın dollara nisbətdə 98 faiz ucuzlaşdırılması isə əhalinin həyat səviyyəsinin daha da pisləşməsinə səbəb olur.

Dollarla krediti, borcu olanların problemini bir yana qoyuruq. Onların işi, necə deyərlər, Allaha qalıb.
Məsələ ondadır ki, ölkədə satılan ərzaq və qeyri-ərzaq məhsullarının böyük hissəsi idxal olunur. Hətta yerli istehsal adı altında mağazalarda satılan məhsulların da böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Bu məhsulların qiyməti dərhal təbii olaraq qaldırılır.
Eyni zamanda bu xaricdən idxal olunmayan məhsullara da təsir edir. Çünki qiyməti qalxan məhsulları baha alan yerli istehsalçı və ya xidmət sektoru da artan xərclərini ödəmək üçün qiymətləri qaldırır. Buna görə də, devalvasiyadan sonra demək olar ki, bütün məhsulların qiyməti artır. Bu artımın həcmi devalvasiyanın faizi qədər olmasa da, ona yaxın olur. Məsələn feralda 34 faiz devalvasiya olduğu halda, qiymətlər 15-30 faiz aralığında bahalaşdı.

610x380xmarket.JPG.pagespeed.ic.kDw41nmckNBu dəfə də 50 faizə yaxın devalvasiya olduğundan, qiymətlərin 25 -40 faiz arasında bahalaşacağı qaçılmazdır. Bu isə əhalinin həyat səviyyəsinin bir o qədər aşağı düşməsi deməkdir.

Daha açıq desək, ilin əvvəlindən manatın dəyərinin 98 faiz ucuzlaşdırılması nəticəsində məhsulların qiymətlərinin və xidmətlərin bahalaşması əhalinin real gəlirlərini təxminən 60-70 faiz azaldıb. Yəni, məsələn, ilin əvvəlində aylıq 200 manatla yaşamını keçirən vətəndaşın gəlirinin bazardakı indiki real dəyəri 120 manat ekvivalentindədir.

Bu isə təbii ki, əhalinin sosial vəziyyətinin, həyat səviyyəsinin kəskin pisləşməsinə, hətta dərin böhrana, xaosa aparır. Qəribə də olsa, bununla bağlı hökumətin hansı tədbirlər görəcəyi barədə heç bir açıqlama verilmir. Ölkənin milli valyutası 2 gündür ki, kəskin ucuzlaşdırılıb, hökumət rəsmiləri bunun əhalinin aztəminatlı təbəqəsinə təsirinin aradan qaldırılması, proseslərin gələcək inkişafı ilə bağlı hər hansı açıqlama verməyə ehtiyac duymurlar. Dünyanın heç bir yerində buna rast gəlmək olmaz.

Belə çıxır ki, hökumət faktiki olaraq əhalini müflisləşdirmək, sonra da “necə bacarır, elə başını saxlasın” siyasəti aparır.

Diqqət edək, 20 oktyabr 2015-ci il də Prezidentin imzaladığı qanunla 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Həmin vaxt 1 dollar təxminən 1 manat idi.

Dekabrın 21-dəki devalvasiya qərarından sonra ölkə üzrə yaşayış minimumunun real dəyəri 50 faiz aşağı düşdü. Yəni, belə çıxır ki, hökumətin gələn il müxtəlif kateqoriyalı vətəndaşlar üçün hətta ən aşağı kriteriyalarla müəyyənləşdirdiyi yaşayış minimumunun real dəyəri onun nominal dəyərindən 50 faiz az olacaq.

11Eyni fikirləri, aldığı əmək haqqından və təqaüddən başqa qazancı olmayan insanlar barədə də də söyləmək olar. Məlumata görə, bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504,7 min nəfər olub. Bunun 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ölkədə təqaüd və müavinət alan əhalinin sayı isə təxminə 1, 4 milyon nəfərdir.

Yəni, bir ildə həyata keçirilən 2 devalvasiyadan sonra təxminən 3 milyona yaxın vətəndaşın gəlirləri birbaşa olaraq öz real dəyərini hardasa 60-70 faiz arası itirəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən, 4,6% artaraq, 462 manat təşkil edib.
Ölkədə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır.

Devalvasiyalardan sonra isə ölkədəki 462 manatlıq orta aylıq nominal əmək haqqının real dəyəri təxminən 300 manata, pensiyaların real dəyəri isə təxminən 100-120 manata enib.

Bu isə təbii ki, əhalinin həyat səviyyəsinin kəskin şəkildə pisləşməsi deməkdir. Odur ki, hökumət təcili olaraq yanvarın 1-dən həm ölkə üzrə yaşayış minimumunun, həm pensiyaların, həm də dövlət sektorunda çalışanların əmək haqqının qaldırılması barədə qərar qəbul etməlidir.

Ancaq görünən budur ki, hökumətin belə bir niyyəti yoxdur.

İ.İsmayılbəyli
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar