Əsabil Qasımovdan əhaliyə bahalaşma "hədiyyəsi" - Deputat nə edir?

24-12-2015, 05:44   
Əsabil Qasımovdan əhaliyə bahalaşma "hədiyyəsi" - Deputat nə edir?

"Karmen” firması da məhsullarını bahalaşdırıb. Gəncədən VİZUAL.az-a verilən xəbərə görə, şirkətin un məhsullarının qiyməti qaldırılıb.

Manatın devalvasiyasından qabaq 18 manata olan 50 kiloluq un 27,50 manata qalxıb. "Karmen” deputat Əsabil Qasımova məxsusdur. Firma "Karat Holdinq”in tərkibinə daxildir.

Deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər - "Karmen” un və makaron məmulatlarının istehsalçısı olan "Karat” dəyirmanı, "Dimes” meyvə şirələrini istehsal edən konserv zavodu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkəti daxildir.

Hazırda da oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Bu ailənin nümayəndələri cəmiyyətin majoritar səhmdarları olandan sonra səhmin qiymətini artırıb-endirərək onları kiçik səhmdarlardan yığmağa başlayıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar