Vergilər Nazirliyinin Audit Departamentinin məsul işçisinə ağır ittiham-FOTOLAR-VİDEO

25-12-2015, 16:18   
Vergilər Nazirliyinin Audit Departamentinin məsul işçisinə ağır ittiham-FOTOLAR-VİDEO
Zaur İbrahimov: “Məzahət Mahmudov kürəkəni Elməddin Ağayevin sayəsində hər il yüz minlərlə manatı büdcədən yayındırır”

“Təxminən bir il bundan əvvəl etdiyim şikayətlərimin obyektiv icra olunmasına Vergilər Nazirliyinin Audit Departamentinin yüksək vəzifəli əməkdaşı Elməddin Ağayev təsir etdiyi üçün onun qaynatası və himayə etdiyi Məzahət Mahmudovun cinayət faktının üstü ört- basdır edildi. Mən isə bu korrupsiyaya qurşanmış cütlüyün cinayət əməllərini ifşa etmək üçün bir həftə öncə faktları çəkib video subutları prezident cənab İlham Əliyevə və Vergilər Naziri cənab Fazil Məmmədova şikayət ərizəsi ilə göndərmişəm”. Bu sözləri JAM.AZ-a Binəqədi rayon sakini Zaur İbrahimov deyib.

Vergilər Nazirliyinin Audit Departamentinin məsul işçisinə ağır ittiham-FOTOLAR-VİDEOO bildirib ki, Vergilər Nazirliyinin məsul vəzifəli əməkdaşı Elməddin Ağayevin və onun himayə etdiyi dövlətin milyonlarını oğurlamış qaynatası Məzahət Maksud oğlu Mahmudovun cinayət əməllərini təsdiq edən video subutu ictimailəşdirilməsini xahiş edir. “Gədəbəy rayon sakini olan, hazırda isə Bakı şəhərində yaşayan Mahmudov Məzahət Maksud oğlunun vergidən yayınmaqla dövlətimizə küllü miqdarda ziyanlar vurmuşdur ki, bu fakt mütləq araşdırılmalıdır. Ona məxsus olan, icarəyə verilmiş Bakı şəhərində və Gədəbəy rayon ərazisində yerləşən sahibkarlıqla məşğul olan yüzə yaxın obyekti və mənzilləri yüksək qiymətə başqa şəxslərə icarəyə vermişdir ki, bunu nəticəsində sahibkarların əməyi istismar olunur. Əgər sahibkar qazandığı qəpik-quruşa görə dövlətə vergi verirsə, bəs, nə üçün Məzahət Mahmudov qazandığı küllü miqdarda pula görə dövlətə vergi vermi?”

Vergilər Nazirliyinin Audit Departamentinin məsul işçisinə ağır ittiham-FOTOLAR-VİDEOJAM.AZ-a yazan Zaur İbrahimov qeyd edir ki, bu sualın çox sadə bir cavabı var: “Çünki Məzahət Mahmudovu himayə edən Vergilər Nazirliyinin Audit Departamüntinin işçisi olan Elməddin Sərhəddin oğlu Ağayev kimi kürəkəni var. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Vergilər Nazirliyinin əməkdaşı Elməddin Ağayevin himayəsi ilə vergidən küllü miqdarda gəlir yayındırmış Məzahət Mahmudova məxsus Bakı şəhərində və Gədəbəy rayonunda yerləşən ticarət obyektlərində video çəklişlər aparmışam ki, həmin video çəkliş onların cinayət əməllərini subut dir. Belə olan halda yalan danışıb dövləti aldatmağı özünə peşə etmiş Məzahət Mahmudovun dövləti necə aldatdığını asan subut etmək olacaq”.

Binəqədi sakini vurğulayıb: “Məzahət Mahmudov iddia edir ki, bu ticarət obyektləri ona məxsus olsa da, heç bir təmənna güdmədən pulsuz sahibkarlara işlətməyə vermişəm. Ancaq Gədəbəy rayonunda yerləşən sahəsi 2500 kv.m olan "Laçın" ticarət mərkəzində çəkilmiş video sujetdə də aydın görünür ki, hər bir balaca ticarət obyektinə görə sahibkarlar Məzahət adlı saxtakara kvadratından aslı olaraq 800-1000 manat ayda icarə pulu verirlər. Hətta özünü Məzahətin qohumu kimi təqdim edən Rövşən adlı qəssab video çəklişdə bildirir ki, "bu obyektlərin sahibi Məzahətdir, boş yer yoxdur, hamısı icarəyə verilib. Mən bu 2 kv.m-ə yerə görə 200 manat pul verirəm".

Onun sözlərinə görə, Məzahət Mahmudova məxsus, həm Bakı şəhərində, həm də Gədəbəy rayon ərazisində yerləşən sahibkarlıq obyektləri icarəyə və Baki şəhərindəki mənzilləri başqa şəxslərə kirayəyə verilib. “Oradan gələn gəlirlərə görə vergi ödəmir ki, buda küllü miqdarda vergidən yayınma deməkdir. Aldığım dəqiq məlumata görə, M.Mahmudovun VÖEN-i bağlıdır, onun adına heç bir sənəd yoxdur. O, bütün obyektlərini icarəyə verib ki, icarə götürən şəxslərin VÖEN-i var, onlar vergi ödəyirlər. Ancaq Məzahət Mahmudov icarəyə verdiyi sahibkarlıq obyektlərinə və kirayəyə verdiyi mənzillərə görə, əldə etdiyi küllü miqdarda qazanca görə gəlir vergisi vermir. Yuxarıda qeyd etdiyim kimi onu Vergilər Nazirliyinin Vergi Departamentində işləyən kürəkəni Elməddin Sərhəddin oğlu Ağayev himayə edir. Həmçinin qeyd edim ki, faktiki Məzahət Mahmudova məxsus olan bir neçə ticarət obyektləri və mənzillər başqasının adına olsa da, onların idarə edilməsi üçün Məzahət Mahmudova etibarnəmələr verilmişdir ki, bu faktın Notarius İdarələrindən sorğu edib öyrənilməsinə zərurət var”.

Zur İbrahimov sonda qeyd edir ki, Vergi Departamentinin əməkdaşı Elməddin Ağayevin az maaşla Bakı şəhərində möhtəşəm və dəbdəbəli villaya sahib olması faktı da araşdırılmalıdır. “Təbii ki, belə qnunsuz əməllərin sahibi olan Elməddin Ağayev himayə etdiyi qaynatasının dövlətə vurduğu küllü miqdarda ziyanlarla belə bahalı villalar inşa etdirmək çox asan və sadədir”.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar