DYP-də Bayramın bayram yığımı
30-12-2015, 23:55
Rəis Bayram Zeynalov camaatın maşınlarını həyətlərindən cərimə meydançasına apartdırır
Sumqayıt Şəhər Yol Polisi Xidmətinin (DYP) rəisi Bayram Zeynalov yeni il ərəfəsində yeni qaydalara əl atıb. JAM.AZ xəbər verir ki, bu barədə Azad.Media-ya şəhər sakinləri məlumat veriblər.
Onların bildirdiyinə görə, artıq 4 gündür ki, şəhər DYP-nin rəisi Bayram Zeynalovun göstərişinə əsasən Sumqayıtda hətta həyətdə saxlanılan avtomobilləri evekuator maşınlarına yükləyib, cərimə meydançasına aparırlar.
Azad.Media-ya daxil olan məlumatda qeyd olunur ki, bu təkcə həyətdəki maşınlara şamil edilmir. Həmçinin dayanma-durma işarəsi olmayan küçələrdə də qeydə alınır. Sürücülərin dediyinə görə, cərimə meydançasına aparılan maşınların sahibləri Sumqayıt DYP-nə müraciət edərək, bunun hansı səbəbdən həyata keçirildiyini soruşduqda, «yanlışlıq olub, 20 manat evekuator pulunu verin, maşını aparın» cavabını alırlar.
Məlumatda o da vurğulanır ki, bu «əməliyyat»ı birbaşa DYP rəisi Bayram Zeynalov həyata keçirir. Bəzi məlumatlara görə, DYP rəisi başqa bir vəzifəyə keçmək üçün pul yığır. Hətta o da iddia olunur ki, yeni il ərəfəsində bir sıra xərcləri olan Zeynalov onları bu şəkildə qarşılamağı məqsədəuyğun bilib.
P.S. Qeyd edək ki, bu, Bayram Zeynalovun yeganə «əməliyyatı» deyil. Onun sərxoş sürücüləri yaxalamaq üçün restoranlarda «agent şəbəkəsi» yaratması, onlara mükafatlar vəd etməsi də başqa bir «əməliyyat»dır. Bu barədə növbəti yazımızda.
Digər xəbərlər