Eldar Mahmudovun “Abşeron Vadisi” və ya Rauf Məmmədovun generallıq xülyası

3-01-2016, 21:37   
Eldar Mahmudovun “Abşeron Vadisi” və ya Rauf Məmmədovun generallıq xülyası



Artıq Azərbaycan prezidenti tərəfindən tam şəkildə deşifrə olunaraq xəyanətlərinin üstü açılan Eldar Mahmudov və bandasının ölkənin yaxın tarixində baş verən Hacı Məmmədov, Əli İnsanov və Fərhad Əliyev olaylarını geri də qoyaraq misligörünməmiş xəyanət arealını əhatə etdiyi üzə çıxıb. Xoşbəxtlikdən bu xəyanətkar qruplaşmanı qarşısı zamanında alınıb.

Dövlətin əsasları sarsılmadan həmin banda zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib. Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb. Rafiq Hümbətov Akif Çovdarovun bacısının kürəkənidir.

Bu prosesdə aparılan təmizləmə işləri isə yaxın aylarda da davam edəcək. Böyük ehtimalla həbslər dalğası E. Mahmudovun sadiq kadrlarından olan MTN-nin Abşeron rayon İdarəsinin rəhbəri Rauf Məmmədovu da haqlayacaq. Sən demə, ölkənin bütün Şimal zonasının “Akif Çovdarovu” məhz Rauf Məmmədov olmuşdur.

E. Mahmudovun “can-ciyəri” Rauf Məmmədov Abşeronda dəyişilməklə orada yeni MTN – nin möhtəşəm binasını yaratmaq və general rütbəsi alaraq insanlara həmişəki kimi və həmişəkindən də artıq qan uddurmaq məqsədi güdürmüş. Hətta deyilənə görə, “Azərsu” Səhmdar Cəmiyyətində yuva qurmuş “nurçular çetesi” barədə məlumatların sabiq MTN rəhbərinə sızması da məhz Rauf Məmmədovun sayəsində gerçəkləşmişdir.

Dosye.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar