Tibbi Sosial Ekspert Komissiyaları ləğv olunur

6-01-2016, 15:37   
Tibbi Sosial Ekspert Komissiyaları ləğv olunur
"İlkin əlilliyi Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) deyil, tibbi-sosial ekspertiza mütəxəssislərdən ibarət səyyar komissiyalar təyin edəcək".

“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

S. Müslümovun sözlərinə görə, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib: "Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar. Bununla da, vətəndaşların əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar