Dünya Bankıdan dəhşətli proqnoz – Azərbaycan iqtisadiyyatı batır

7-01-2016, 15:01   
Dünya Bankıdan dəhşətli proqnoz – Azərbaycan iqtisadiyyatı batır
Dünya Bankı dünya iqtisadiyyatının inkişafı ilə bağlı ötən il iyun ayında açıqladığı proqnozunu 3.3%-dən 2.9%-ə qədər aşağı salıb. Azərbaycan iqtisadiyyatının isə 2016-cı ildə 0.8% artacağı təxmin edilir. Dünya Bankı (DB) dünən “Qlobal iqtisadi perspektivlər -2016” hesabatını açıqlayıb.

DB hesab edir ki, dünya iqtisadiyyatı 2015-ci illə müqayisədə inkişaf tempini 2.4% artıra bilər. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı 4.8%, ABŞ iqtisadiyyatı 2.7%, Avropa İttifaqı ölkələri iqtisadiyyatı 1.7% böyüyəcək, Çində isə iqtisadi artım aşağı düşəcək və 6.7% təşkil edəcək. Rusiyada ÜDM-in 3.8% aşağı düşməsindən sonra iqtisadiyyat 0.7% inkişaf edəcək, ressesiya 2017-ci ildə iqtisadi artımla əvəzlənəcək və iqtisadi inkişaf 1.7% təşkil edəcək.

Dünya iqtisadiyyatının inkişafını inkişaf etməkdə olan ölkələr ləngidəcək. İnkişaf etməkdə olan ölkələrin zəif bazarları 2016-cı ildə qlobal inkişafa neqativ təsir edəcək. Amma bununla belə, qlobal səviyyədə dünya iqtisadiyyatı 2.9% artacaq. İqtisadi inkişafa inkişaf etmiş ölkələrin iqtisadiyyatları əsas töhfə verəcək.


DB-nin proqnozuna görə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı 2016-cı ildə gözlənildiyindən az-4.8% inkişaf edəcək. Halbu ki, ötən il müşahidə olnan böhran səviyyəsindən (4.3%) sonra daha böyük artım gözlənilirdi. Çində iqtisadi inkişaf zəifləyəcək, Rusiya və Brazilya isə ressesiyada qalacaq.

Latın Amerikası ölkələrində ressesiyadan sonra bərpa proseslərinin başlancağı gözlənilir. 2016-cı ildə region iqtisadiyyatının 0.7% artım nümayiş etdirəcəyi təxmin edilir.

Yaxın Şərq ölkələri iqtisadiyyatı isə 5.1% artım nümayiş etdirəcək. İrandan sanksiyaların götürülməsi, bu ölkənin qlobal enerji bazarında əhəmiyyətli rol oynamasını şərtləndirəcək. Əgər neftin qiymətləri sabit qalsa digər neft ixracatçıları da inkişaf edcəklər. Bununla belə, regionda siyasi münaqişələrin gərginləşməsi və neftin qiymətinin aşağı düşməkdə davam etməsi riskləri qalır.

Cənubi Asiya ölkələrində yaxşı perspektiv var. Bu ölkələrin iqtisadiyyatının 7.3% artacağı gözlənilir. Hindistanda iqtisadi inkişaf 7.8%, Pakistanda 4.5% inkişaf edə bilər. Şimali Afrika ölkələri istisna olmaqla qitə üzrə iqtisadi inkişaf göstəricisi 3.4% ola bilər.

DB-nin Azərbaycanın da aid edildiyi Cənubi Qafqaz regionu ilə bağlı qeyd edilir ki, ABŞ Mərkəzi Bankının baza faiz dərəcəsini artırması region ölkələinin maliyyə-krdit siyasətinin yeni reallıqlara adaptasiyasını çətinləşdirir. Eyni zamanda bu ölkələr üçün daha az xərclərlə borclanma, bank sektorundakı problemərin həlli imkanlarını məhdudlaşdırır. Bankların problemləri aktivləri, bank sisteminin dollarlaşması narahatçılıq üçün əsas yaradır. Bu problemlərin həlli üçün repkapitalizasiya, yaxşı idarəetmə, nəzarət və monitorinq sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbilər görülməsi zəruridir.

DB region ölkələri üçün struktur islahatlar aparılması, dövlət xərclərinin azaldılması və iqtisadi inteqrasiya proseslərinin genişləndirilməsini tövsiyyə edir.

DB 2016-cı ildə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) real artımının 0.8% təşkil edəcyini proqnozlaşdırır. Gürcüstan üçün bu proqnoz 3%, Ermənistan üçün 2.2% , Qazaxıstan üçün 1.1% , Moldova üçün 0.5%, Türkiyə üçün 3.5% , Ukrayna üçün 1%, Türkmənistan üçün 8.9%, Özbəkstan üçün 7.5%, Tacikistan üçün 4.8% proqnozşadırılır (strateq.az).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar