Sabir Rüstəmxanlının oğlu da «Azəryolservis»dəki vəzifəsindən azad edilib
“Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov bu vəzifəyə təsdiq ediləndən sonra qurumda təmizləmələrə başlayıb. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Saleh Məmmədov xüsusilə nəqliyyat naziri Ziya Məmmədovun “Azəryolservis”dəki adamlarını hədəfə alıb. Məlumat üçün deyək ki, “Azəryolservis” bir neçə gün əvvələ qədər Nəqliyyat Nazirliyinin tabeliyində olub. Bu baxımdan qurumda nəqliyyat naziri Ziya Məmmədova yaxın xeyli adam var.
Məlumatda bildirilir ki, Saleh Məmmədov artıq Ziya Məmmədova yaxınlığı ilə seçilən, “Azəryolservis”də müavini vəzifəsi tutan Şaiq Məmmədovu, digər müavin Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlını işdən çıxarıb. Qeyd edək ki, Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı Ildırım Məmmədovun kürəkənidir.
Bundan başqa Saleh Məmmədov Azəryolservisin maliyyə xidmətinin rəisi, Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu Elşən Məmmədovu, hüquq departamentinin Müşfiq adlı rəhbərini tutduğu vəzifədən azad edib.