Hacımurad Abdullayevin DYP-da MTN-ə bağlı rüşvət şəbəkəsi - POÇTA
İllərdir Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbələrində açıq şəkildə rüşvət toplanılır, heç bir sürücülük məktəblərinin fəaliyyətsizlikləri araşdırılmadan, ay ərzində həmin sürücülük məktəblərinin buraxılışlarının sayına nəzarət edilmədən sürücülük vəsiqələri katiqoriyaya uyğun olaraq satılır, bəzən kurs keçmədən belə dəyişən məbləğlə elə bir günün içərisində sürücülük vəsiqəsi verilir, texniki baxış avtomobillər baxışdan keçmədən verilir, hətta avtomobilin özü olmadan bu proses çox sakit və rahat şəkildə edilə bilir və bütün bunlar hər kəsin gözü qarşısında edilməyinə baxmayaraq nədənsə aidiyyatı qurumlar bunlara görməməzlikdən gəlməkdədirlər. Rayonlararası İmtahat Qeydiyyat və Texniki Baxış Şöbələrinin rəisləri və inspektorları isə kapital artırmaqda, özlərinə və ailə üzvlərinə qiyməti 50-100 min manat dəyərində olan avtomobillər amlaqla yığdıqları rüşvətin onlara çatan hissəsindən komfort həyat şəraiti yaratmışlar. Məsələnin görünən və ictimaiyyət üçün illərdir müəmmalı olan görünməyən tərəflərinə də işıq salmağa çalışacağıq. Ağcabədi rayonunda yerləşən İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi Babək Mərdanovun rəhbərliyi altında rüşvətalma mexanizmi qurularaq tətbiq olunub. Ağdam rayonunda olan sürücülük məktəblərinin fəaliyyətsizliyindən xəbərdar olan Mərdanov həmin “məzunlar”ı imtahana buraxmaqla aldıqları rüşvət hesabına onlara sürücülük vəsiqəsi verir. Sürücülük vəsiqəsini dəyişmək üçün müraciət edən Ağdam Rayonunun Gülablı kəndindən məcburi köçkün Alim Bayramovun Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatına ünvanladığı şikayət məktubunda qeyd edir ki, qohumu E.Məmmədovun iştirakı ilə vaxtı keçmiş sürücülük vəziqəsinin dəyişdirilməsi ilə bağlı Ağcabədi rayonunda yerləşən İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinə müraciət etmiş, şöbənin Xəqani adlı kapitan rütbəli inspektoru ondan 100 manat rüşvət istəmiş, sonradan məcburi köçkün olduğunu,bu məbləği verə bilməyəcəyini dediyi zaman guya ona güzəşt olunduğunu deməklə 70 manat pul almışdır. Xəqani adlı polis zabiti Bayramovdan 70 manat alarkən bu məbləğin işərisində dövlət rüsumu olduğunu da bildirib. Məcburi köçkün A.Bayramov ölkə prezidentinin rəhbərliyi ilə aparılan korrupsiyaya qarşı mübarizə ilə Ağcabədi rayonunda yerləşən İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsində yaşanan rüşvət faktorunun paradoks təşkil etməsini üzülərək qeyd edir. Nəzərinizə çatdıraq ki, MTN-in ifşa olunmuş cinayətkar qruplaşmasına bilavasitə bağlılığı olmuş Hacımurad Abdullayevin rəhbərliyi altında yığılan rüşvət mexanizminə uyğun qurulan şəbəkənin digər cinayət hərəkətləri barədə də daha sonra danışacağıq… Yevlax rayonundakı İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinin Elmar adlı inspektorunun bir sıra çox qaranlıq işlərin ortasında yer alması, obyektlərinin sayı və keçmiş Baş Prokuror Eldar Həsənovla yaxınlıq əlaqələri nədədn ibarətdir? Səbail DYP Şöbəsinin rəisi Zaura məxsus Yanacaq Doldurma Məntəqəsində baş vermiş cinayət hadisəsi zamanı həbs edilən şəxslərlə Elmarı nə bağlayırdı və “Kürdəxanı” türməsi ilə adını hallandıran hansı maraqlı məqam idi? Azərbaycan Dövlətçiliyi və konstision quruluşu əleyhinə planlaşdırılmış ixtişaşların başında dayanan və elə bu məqsədlə də həbs olunmuş şəxsin qardaşı DYP-nin hansı rayonda yerləşən İmtahat Qeydiyyat və Texniki Baxış Şöbəsinin zabitidir və həmin şöbənin rəisi onu nə üçün müdafiə edir? Baş Dövlət Yol Polisi İdarəsində Qeydiyyat şöbəsinə rəhbərlik edən Müşfiq Rəhimovla bağlı gedən tənqidi yazılara görə sayt rəhbərlərinə təzyiq etmiş MTN polkovniki kim idi? E.Vaqifoğlu, VHM hüquq müdafiə təşkilatının sədri (